Çör-çöpdən özünə dünya yaradıb,Necə mehribandı yuvada quşlar.Göylərin əbədi sakini kimi,Necə havalandı havada quşlar.

Atası, anası təbiət olar,Nəğməyə çevrilər, məhəbbət olar.Yerlə də, göylə də həmsöhbət olar,Çiçəkdə, budaqda, qayada quşlar.

Ölüm amansızdı, nə deyim ona,Bir gün yetişəcək ömrümüz sona.Gəlib məzarımın üstünə qona,Hərdənbir şairi oyada quşlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death