Babam qurdu qalasını,Nişan qoydu sabahına.Neçə nəsil pənahlandıPənah xanın pənahına!

Qanı qarışdı tərinə,Eşqi kök atdı dərinə.Dağlar döndü səngərinəDaşlar döndü silahına!

Kimlər bəzədi kaşımı,Yerin, göyün nəqqaşımı?Mən vermərəm bir daşımıDünyanın yüz mətahına!

Vurulmasam naxışına,Həm yazına, həm qışına,Qarşı gəlim qarğışına,Ürcah olum mən ahına!

İşıqlandı ömrü nurda,Heykəl oldu Vaqif burda,Bağlanmasa kim bu yurda,Batar elin günahına!

Şir bəslədi hər daş kaha,Baş əymədi xalqım şaha.Hər kim düşsə bu iştahaŞiş batırsın tamahına!

Meydan sular bir imansız,Dişi qanlı, özü qansız,Get, tapşırdım, ey Allahsız,Mən səni öz Allahıma!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland