Saxla ayağını, sürücü qardaş,Vurma əllərini maşına burda.Hər kəs bir alıcı tərlana dönsün,Qonsun qayaların qaşına burda.

Daşlara sığaldı tütəyin səsi,Çəmənə layladı küləyin səsi.Bulud tüfəngidi, şimşək gülləsi,Qayalar bənzəyir qoşuna burda.

Saz kimi çalınar, ney kimi dinər,Duyğular içində ömrü isinər.Könlü dağ istəyən köhlən at minər,Dönər zirvələrin başına burda.

Duymasan, gözəllik gözünü yumar,Fikrinə, hissinə tumar çək, tumar.Gör necə boylanır gül xumar-xumar,Baş qoy çiçəklərin döşünə burda.

1977, 1 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring