Gözəl bir yay axşamıydı.Küçəmizdən keçən zamanPəncərədən gördüm səni.Yerişində həmən vüqar,Kürəyində dalğalananSaç deyildi: – BağçalarınYaz qoxulu yasəməni!Pəncərədən gördüm səni.Pəncərədən gördüm səni...Andım keçən günləri mən,Uzaqlara uçdu xəyal.

Niyə hicran acı olur,Niyə şirin olur vüsal?!Heç nə batmır bu dünyada,Heç nə batmır, bil, ey nigar.Hər buludda bir ildırım,Hər sükutda bir tufan var?..De, gördünmü sən də məni?Pəncərədən gördüm səni.

Pəncərədən gördüm səni...Mənə elə gəldi bu an,Bir gün ölüm çəksə qılınc,Köçüb getsəm bu dünyadan,Bircə ovuc torpaq olsam,Səmada bir gümüş ulduz,Ağacda bir yarpaq olsam,Məhəbbətin gözləriyləBatan gündə, doğan ayda,İnan, səni görəcəyəm!Durnaların qatarında,

Sakit göldə, axan çayda,İnan, səni görəcəyəm!Şimşəklərin işığında,Göy səmada, boz buludda.İnan, səni görəcəyəm!Özgələrin söhbətində,Ağ çiçəkdə, yaşıl otda,İnan, səni görəcəyəm!Biz əbədi olmasaq da.Ölüm bizdən öc almayır.Bu dünyada əzəl başdanBir məhəbbət qocalmayır!Eşitdinmi mən deyəni?Pəncərədən gördüm səni.Pəncərədən gördüm səni...Yox, yox! Yetər, sevimli yar,Bu söhbətlər kimə gərək?

Hələ varıq... ÖmrümüzünQoy barını dadsın ürək!Hələ varıq... Biz qalmayaqHəyatdakı bir ləzzətdən,İnsanlığın ilk zinətiAcı, şirin məhəbbətdən.Gəl, unutma məni bir də;Baxım sənin yerişinə,Baxım sənin gülüşünə,Baxım sənin duruşuna.Gözlərinin işığındanSən işıq ver gözlərimə,İnsan ətri, həyat ətriQonsun mənim sözlərimə.Hər gün gəl keç küçəmizdən,Abad olsun söz gülşəni.Qoy car çəkib deyim mən də:Pəncərədən gördüm səni!Pəncərədən gördüm səni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets