Yenə səhər-səhər başımın üstdənQaqqıldaşıb keçir durna qatarı...Baxıram onlara, hey baxıram mən,Ucalır qəlbimdə insan vüqarı!

Onlar uçub gedir... Durmuşam yerdə,Yenə kainata sığmayır xəyal!Nə varsa dəyişir düşüncələrdə,Özüm də bilmirəm, nədəndir bu hal?!

Bilmirəm, bu hikmət nədir zamanda?Asiman məndədir, mən asimanda!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets