Эпоха просвещения
Biz görürük ki, ümumi məcburi savad yolunda bu saat Şura hökuməti heç vaxt və heç bir əsrdə görünməyən tədbirlər görür. Məktəb artırmaq üçün böyük məsariflər görür, minlərcə müəllimlər və müəllimələr hazırlaşdırır, ta ki beşillik planda təyin olunmuş müddətdə savadsız vətəndaşın miqdarı yoxa çıxsın.Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır.
Cib dəftərindənTema şəkildən ötrü: Təbrizdə məşədilər bir yazıq müsəlman mühacirini əhatə eləyib soruşur: “satdıq qızılın var?”Təbrizdə “Ölülər”də, lojada bir İran sahibmənsəbi oyun vaxtı süfrəni açıb küftə yeyirdi.
XatiratımGözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahü əkbər! Allahü əkbər!”. Həmin səda qonşuluqda müəzzinin azanıdır. Və sonralar adət eləmişdim ki, bu iki kəlmədən sonra azançımız Molla Kərim bu sözləri də deyir: “Əşhədüən lailahə illəllah”.Və bundan sonra dəxi böyüdükcə hər gün və hər saat sağ və soldan eşitdiklərim sözlərin içində labüd gərək “Allahü əkbər” olaydı.
Tərcümeyi-halımAnadan olmuşam Naxçıvan şəhərində, Araz çayının beş-altı verstliyində və Culfa qəsəbəsinin 40 verstlik fasiləsində. Burada Araz və Culfa sözlərini mən qəsd ilə yazıram. Məlumdur ki, Araz çayı İran sərhədidir və Culfa qəsəbəsi İran ilə bizim aramızda olan bir tamojnadır və həmin çay və həmin qəsəbəyə mənsub olmağıma çox-çox fəxr edirəm iki səbəbə görə: birinci budur ki, İran məmləkəti mənim babamın vətənidir və ikinci səbəb də budur ki, dindarlığilə dünyada ad qazanan İran torpağı bəndə üçün həməvəqt bir mayey-iftixar olub; yəni belə bir müqəddəs məkanın qonşuluğunda dünyaya gəlməyimə mən həmişə min şükürlər eləmişəm.Nə vaxt anadan olmuşam? Vallah, bilmirəm, çünki bu barədə heç bir sənədim və yazım yoxdur. Yəni nə odur ki, mənim təvəllüdüm barəsində olan yazını mən itirmişəm. Xeyr, mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib: nə o vaxtlar metrik dəftərləri var idi, nə də o vaxtlar atalar övladının doğulmaq yadigarını yazıya götürməyi lazım bilirdilər.
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.