Məcnun deyə Leyli ünü,Düşdü dağlara-dağlara.Kərəmi də keşiş dini,Saldı dağlara-dağlara.

Dağlar başı tamam qardı,O ki elə bir vüqardı,Niyə Günahkar dağlardı-Derlər: dağlara-dağlara...

Murğuz, Murov, Kəpəz xandı,Alvız, Ağrı bir sultandı,Ağ Aşıq hələ cavandı,Alqış dağlara-dağlara.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов