İgid olsa elə arxa,Can sadağa beləsinə.Çörək verib ala səxa,Can sadağa beləsinə,Gözlərinin giləsinə.

Dağlar başı qarlı gərək,Bağça-bağlar barlı gərək,İlqar özü varlı gərək,Can sadağa beləsinə,Gözlərinin giləsinə.

Göyçə gözəllik oylağı,Güldür-çiçəkdir yaylağı,Murğuz, Murov, Kəpəz dağı,Can sadağa beləsinə,Gözlərinin giləsinə.

Güzgüsüdü Göyçə gölü,Tamaşadı bütün eli.Şəhdi-şəkər şirin dili,Can sadağa beləsinə,Gözlərinin giləsinə.

Ağ Aşığın odu sönməz,El-obadan üzü dönməz.İgidlərin başı enməz,Can sadağa beləsinə,Gözlərinin giləsinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов