Baharın gülşən çağında,Uçar daşdan-daşa kəklik.Ovçu görsə, səkər asta,Sinər daşdan-daşa kəklik.

Məskən salar qayalarda,Özü göyçək boyalarda,Gözdən uzaq sayalarda,Çökər daşdan daşa kəklik.

Süsənbərim göylər mahı,Ağ Aşığın qibləgahı.Əyir belim yarın ahı,Bükər başdan-başa kəklik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе