Dövlətindən kərəm, səxa,Etmək adamın adıdı.Bu fənada səxavətdəQalan Hatəmin adıdı.

Səməri nə sağı desən?Nakəslə bal-yağı yesən.Bir mərd ilə ağı yesən,Şəkər o tamın adıdı.

Oxuduğum qəlbə yatar.Əsəl olub elə çatar.Söz qoşmuşam min bir qatar,Min bir Xudamın adıdı.

Elin qocası, ahılı,Sözdə, əməldə səxalı,Mahalım Göyçə mahalı,Mirzə atamın adıdı.

Bir gün gələr köçər Alı,Ondan bir nişanə qalı.Anam Fatma, ömrüm balı,Bəsti butamın adıdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов