Bir gözəllə əhdi peyman edəndə,Gərək yarın səngi-dağa çəkməyə.Mərd özündən görər, namərd özgədən,Dar məqamda dost qabağa çəkməyə.

Dostdan giley dönər dastan, nağıla,Gələr bir gün gəlməyən iş ağıla.Ünsiyyət olmasa, xanə dağıla.Zənən sola, əri sağa çəkməyə.

Alı, rast olanda yaman yamana,El gələr əlindən aha, amana.Qəhr eyləyər cümləsinə zamana,Münsif gərək sər qırağa çəkməyə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов