Gəlibdi
Məndən salam olsun arif olana,Bizdən əvvəl hansı canlar gəlibdi?Kim nə dedi, kim nə gətdi, payladı?Nəfəsi yox din-imanlar gəlibdi.
O kim idi, nədən hasar eylədi?O kim idi, ona nisar eylədi?O kim idi, həqiqəti söylədi?Onu bilən o qılmanlar gəlibdi.
Yüz otuz başı var, haxdan gəlibdi,Yüz on dörd yaşı var, arif bilibdi.Aşıq Alı bu hesabı bölübdü,Bundan əvvəl nə fərmanlar gəlibdi?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-gelibdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Arizin görsə fələk, mehr buraxmaz ayəArizin görsə fələk, mehr buraxmaz ayəZərrə, zərrə qılıb onu buraxar səhrayə.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi