Əlac eylə dərdimə, gəl,Mahi-tabanım, ölürəm.Sinə sədəf, ləbi əsəl,Şəkər zabanım ölürəm.

Əhvalımın al xəbərin –Ahım ümman, dərdim dərin.Cahanda yox bərabərin,Bilsin cahanım ölürəm.

Alının çeşmi-çırağı,Tərk etmir qəlbim fərağı,Təbiblərdən al sorağı,Qönçə dahanım, ölürəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов