Bizim elin gözəlininCamalından doymaq olmur.Boy-buxunu can alandı,Ləbləri tək qaymaq olmur.

Əydi budaq bar əlindən,Dağ zinhardı qar əlindən,Eşq badəsin yar əlindənAlsan, yerə qoymaq olmur.

Bir söz dedim yada, qandı.Bu məkanda qada-qandı,Sevmək nədi? - Qadağandı;El-obaya yaymaq olmur.

Aralıyam sirdaşımdan,Həbibimdi ilk yaşımdan,Səxa süzür göz-qaşından,Qeyrisinə uymaq olmur.

Bir əlif yaz, qoy məddini,Dağıtsan qəmin səddini,Alı aşdı dərd həddini,Sana çəkib saymaq olmur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви