Başına döndüyüm, a nazlı dilbər,Cismidə min cana vermərəm səni.Aləmin malını cəm eyləsələr,Çəksələr bir yana vermərəm səni.

Boyun sürahıdi, əndamın şüşə,Sorağın mahaldan-mahala düşə,Fərhada, Şirinə yüz möhlət keçə,Behişti-qılmana vermərəm səni.

Dağlarda maralsan, düzlərdə ceyran,Dərələz, Naxçıvan boyuna heyran.Nə Gəncə, Qarabağ, Şamaxı-Şirvan,Küllü-Gürcüstana vermərəm səni.

İqbalda Sənanı, Xumarı seçək,Peymanda Kərəmi, Əslini seçək.İmana, ilqara bahəm and içək,Taxtı-Süleymana vermərəm səni.

Alı qurban o qamətə, o boya,Baxdıqca çöhrəndən çətin ki, doya.Tehrana, Təbrizə, Mərəndə, Xoya,Tamam ol İrana vermərəm səni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине