Tapar
Hərfi tənəlisə, kəlam nəqabilDərk edən qəlbinin yarasın tapar.Kəlbi məlhəm eylər canda məzaca,Lisanla zəxminin çarasın tapar.
Həmi təlx bil, həm şəkər bil lisanı,Təlx ərz edən dildən mahal usanı.Dindirə Fəzl əhli asi susanı,Haqqınan-nahaqqın arasın tapar.
Ərzin səminəsə, susmağın zərdi,Naməhal sorğunun sonu kədərdi.Şəninə sitayiş hədər- hədərdi,Cəhd edən qəlbinin qarasın tapar.
Zəban oldu sərbəstələr açarı,Hifz eylədi iqbalından naçarı.Qəmdən xilas etdi dərdə düçarı,Sərraf süxən arar, darasın tapar.
Arif bilər kəlamından rastanı,Ruh-nəvaz yarandı Alı dastanı.Ara “Gülüstan”ı, dərk et “Büstan”ı,Cəhilkar ruzinin parasın tapar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-tapar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm