Görməyəydim bu dağlarda,Haray, səni, kaş, ay gəlin!Söylə, sənə kim qarğadı,Niyə oldun daş, ay gəlin?

Hardan bilim haralısan,Dağ görmüsən yaralısan?!İsmətlisən, həyalısan,Özü qələm qaş, ay gəlin.

Qoymaz burdan dərdsiz keçəm,Duruşu qəm, baxışı qəm.Ağlar Bəsti taleyi kəm,Durmaz gözdə yaş, ay gəlin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов