Aşıq Heydərlə Aşıq Qənbərin deyişməsi
Aşıq Qənbər:Başım neçə daşa dəyib,Günüm keçib bu dağlarda.Yağış yağıb, dolu döyüb,Günüm keçib bu dağlarda.
Aşıq Heydər:Başa hərdən daş da dəyir,Gün görmüşük bu dağlarda.Fələk qanan kəsi döyür,Gün görmüşük bu dağlarda.
Aşıq Qənbər:Yaxşı günüm çox az olub,Gümanım sözbət-saz olub.Boran əsib, ayaz olub,Günüm keçib bu dağlarda.
Aşıq Heydər:Yaxşı günü tapmaq olmaz,Doğru yoldan sapmaq olmaz.Sazdan-sözdən qopmaq olmaz,Gün görmüşük bu dağlarda.
Aşıq Qənbər:Pis günlərə dözə-dözə,Gün görürəm təzə-təzə.Mən qane olmuşam aza,Günüm keçib bu dağlarda.
Aşıq Heydər:Pis günü mən də görmüşəm,Duman da, çən də görmüşəm,Düşəndə bəndə görmüşəm,Gün görmüşük bu dağlarda.
Aşıq Qənbər:Yetimlikdə böyümüşəm,Daşa dəyib könül şüşəm.Qanadı qırıq bir quşam,Günüm keçib bu dağlarda
Aşıq Heydər:Mənim də könlüm sınıqdı,Bağrımın başı yanıqdı.Çırağım yanır, sönükdü?!Gün görmüşük bu dağlarda
Aşıq Qənbər:Adım Qənbər, özüm fağır,Dərdim çoxdu, yüküm ağır.Sən ustadsan, bir çal-çağır,«Günüm keçib bu dağlarda».
Aşıq Heydər:Könlümü elə vermişəm,Heydərəm, başda durmuşam.Ağır məclislər qurmuşam,Gün görmüşük bu dağlarda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-asiq-heyderle-asiq-qenberin-deyismesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
ZəmanəmiTitrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
Tərsi-əlifbaYə yenə bənd oldu könlüm birin simin bərə,Lam-əlif la, ləli-nabın bənzər abi-kövsərə,