Aşıq HüseynMəndən salam olsun duran çobana,Gəl ikimiz bu cahandan danışaq.Hansı gündə dünya bərqərar oldu?Yerdən, göydən, asimandan danışaq.

BəyçobanMəndən salam olsun Aşıq Söyünə,Gəl ikimiz bu qoyundan danışaq.Beş yüz qoyun bir yatağa sığışar,Şorakətdən, biyabandan danışaq.

Aşıq HüseynHaqqın dərgahından kim qaçaq oldu?Kimi hündür oldu, kim alçaq oldu?Kəmərbəstələrdən kim qoçaq oldu?Rüstəm Zaldan, qəhrəmandan danışaq.

BəyçobanMənim pəhləvanım qoçdu, qoyundu,Qara qoyun südü yaxşı öyündü.Axsağm dərmanı dağdı, düyündü,Sağaltmasa o qətrandan danışaq.

Aşıq HüseynKim idi dünyanı beşəlli tutdu?Kim kimi cənnətdən atıb qovlatdı?Kim idi dinini dinara satdı?Mərifətdən, gövhər-kandan danışaq.

BəyçobanÇox bəd olar ağ qoyunun kürəsi,Ovşar verməz tərs qomralm məməsi,Olmaz qaçaq qoyun çoban görəsi,Quzusunu almayandan danışaq.

Aşıq HüseynAşıq Söyün adı dilə gəlmədi,Getdi gözəl sonam, gölə gəlmədi,Çox çalışdım, Çoban ələ gəlmədi.Dedim, bəlkə yol-ərkandan danışaq,

BəyçobanƏcəl quşu gəldi, keçdi qarşımdan,Abi-neysan car oldu göz yaşımdan,Bəyçoban de: gəl açıl sən başımdan,Nə istərsən verim, ondan danışaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов