Bu yer gözəlinə nabələd oldum,Söz dedim, qurumuş dilə bükülmüş.Xətayını görcək eylədim xəta,Dürrü-gövhər bir məndilə bükülmüş.

Səhər ikən mehman olduq bunlara,Geyinib batıblar yaşıl, allara,Qızıl bazubəndlər şümşad qollara,Gümüş kəmər incə belə bükülmüş.

Qurban olum ala gözün məstinə,Süzgün baxıb, girmə canım qəsdinə,Əlim qoyum tər sinənin üstünə,Darçına, mixəyə, hilə bükülmüş.

Nabələdəm ulusuna, soyuna,Mina gərdəninə, uca boyuna,Divanə Valehi sən al qoynuna,Elə bil ki, bülbül gülə bükülmüş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Aşıq Valehin Kərbəla səfəri

Aşıq Valehin yaradıcılığı Qarabağ xanı İbrahimxəlil xanın dövründə olub. Bəzi mənbələrdən məlum olur ki, Molla Pənah Vaqif ilə şəxsi dostluğu olub. O vaxt Abdal –Gülablının tabeliyi Heydər bəy öləndən sonra oğlu İsgəndər bəydə olub. Həmin vaxt Gülablının din xadimləri Molla Kərim və Molla Nuru adamları İsgəndər bəyin itaətinə çağırardılar.Bir gün töycü (vergi) üstündə İsgəndər bəy kənd adamlarına divan tutur. Evlərini qarət eyləyir. Bu vaxt kənd adamları aşıq Valehdən kömək istəyirlər. Aşıq Valeh aşağıdakı şeir – məktubu yazır və xalası oğlu Qənbərdən Molla Pənaha göndərir.

15 мин
Arazbasar ətrafında

Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar.Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir:

1 мин
Zoğal əhvalatı

Aşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər.Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın.

2 мин
Bu gələn bir cüt gözəlin

Bu gələn bir cüt gözəlinYolunda qoymuşam səri.

1 мин

Стихи других поэтов