Olum
Ay ana, bu cüt sonanınHansına qurban mən olum?Süzgün baxıb can alanınHansına qurban mən olum?
Könül bağladım bir ada,Dərd tapdım həddən ziyada,Hər ikisi mələkzada,Hansına qurban mən olum?
Cüt baxışlı, nazlı xanım,Xoş avazlı mehribanım,Valeh deyər: var bir canım,Hansına qurban mən olum?
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-olum
Клавиши ← → для перехода, R — случайное стихотворение