Страница 3 из 3 · 67%

Əgər şeyxilər deyələr ki, nar ibarətdir məşiyyətullahdan və məşiyyət qeyri-zati-baridir, bu surətdə məşiyyət şö’ləyə və əşi’əyə və əzlalə maddə ola bilməz. Çünki məşiyyət əmri-mənəvidir, iradə mə’- nasına ki, bizim xilqətimizin fe’li ona mənutdur. Pəs bizim maddəmiz hardan peyda oldu? Zira ki, şeyxi-mərhum özü buyurubdur ki, hər şey hey’ət və maddədən mürəkkəbdir. Hey’ətimiz mə’lum, axır maddəmiz də gərək olsun? Əgər şeyxilər deyələr ki, maddə ədəmdən peyda oldu, bu qələti-məhzdir. Ondan ötrü ki, ədəm, vücuda maddə düşə bilməz; xüsusən ki, şeyxilərin əqidəsində müddəi siraci-nardir və şö’lə bəndeyi-nardir. Əgər nar məşiyyətullah olub qeyri-zati-bari ola, necə sirac maddə düşər və necə şö’lə qeyri-zati-bariyə bəndə olur?

Xülasə, xeyli cəncəl əqidədir. Bilmirəm ki, şeyxilər nə gunə buna əqaidi-şər’iyyə ilə tətbiq verirlər? *

*Və’z tamam olandan sonra, o şeyxi rəfiq mənə rücu edib vəcd ilə soruşdu: Necə gördün, ruhun ləzzət apardımı?

Cavab verdim ki: ruhum necə ləzzət aparsın ki, heç zad anlamadım. Genə rəhmət be nəbbaşi-əvvəl; köhnə məzhəbin vaizlərinin sözlərini heç olmasa başa düşürdüm.

Təəccüb ilə dedi ki: Sən Allah, doğru deyirsən?

Dedim: Vallah, doğru deyirəm. Mən belə quş dilini necə anlayım?

Dedi: Təəccüb edirəm, sən belə savad və kəmal sahibi adam, bu aşkara mətalibi fəhm edə bilməyirsən?

Dedim: Əzizim, bu mətalibi fəhm etmək üçün yalqız savad və kəmal kifayət etməz, gərək əhli-Təbriz kimi sahibi-mə’rifət və sahibifətanət olmaq ki, bu mətalibi başa düşmək. Mən ancaq beş-altı gündür Təbrizə varid olmuşam. Əgər təbrizlilərin içində bir il, iki il qalsaydım, yəhtəmil, mən də olardan müqtəzasınca mə’rifət kəsb edərdim. Amma beş-altı gündən sonra çıxıb gedirəm Rəştə. Burada iqamət etməyə fürsətim yoxdur.

Təqsir özümdədir. Niyə mən aləmi-zərrdə öz ixtiyarımla məqami-inadda durub əzlal cümləsinə daxil oldum ki, indi bu mətalibin fəhmindən və ləzzətindən məhrum qaldım.

Bu halda rüfəqadan birisi dedi ki: Sənin məzaqına, olur ki, Rüknirabein əqaidi müvafiq düşə.

Soruşdum: Rükni-rabe’ kimdir? Bu necə sözdür?

Cavab verdi ki: Axır bir rükni-rabe’ də var Kirmanda, Kərim xan adlı, deyir ki: aləm dörd rüknün üstündə bərqərardır; rükni-əvvəl həqq-təala özüdür; rükni-sani peyğəmbərdir; rükni-salis əimmədir, rükni-rabe’ Kərim xandır ki, əimmə tərəfindən naibdir və cümlə kainat, onun vücudi ilə qaim və bərqərardır və külli-məxluqata o Kərim xanın itaəti vacibdir və heç vaxt aləm rükni-rabe’dən xali ola bilməz. Çünki aləm fənayə gedər. Aləmin qivamına və səbatına rükni-rabein vücudu lazımdır və Kərim xandan sonra genə gərək başqa rabe’ ola, ta inqirazi-aləm.

Soruşdum ki: heç onun əqaidindən bilirsənmi?

Cavab verdi ki: Bilmirəm. Amma nəql edirlər ki, onun əqaidində mətalibi-aliyə var ki, “İrşadül-əvam” adlı kitabında bəyan edibdir və İraq şəhərlərinin əksərində xüləfası oturub xalqı hidayət edirlər.

Dedim ki: heyf, onun mətalibindən bilmirsən, vaxtı ilə olur ki, onun mətalibindən dəxi feyziyab olaq.

Çifaidə, bir kəs tapa bilmədim ki, Babın əqaidindən dəxi bir zad söyləyə. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. Amma yəqinimdir ki, Bab dəxi bu növ pərpuçatı bir özgə libasa geydirib meydana çıxıbdır. Ancaq Babın iki hökumü ki, öz Quranında, rüfəqanın təqririnə görə, bəyan edibdir, hökmi-filosofanə nəzərə gəldi. Birisi budur ki, taifeyi-ünas gərək cəmi rüsumiazadiyyətdə və cəmi hüquqi-bəşəriyyətdə taifeyi-zükur ilə müsavi ola və gərək taifeyi-ünasə dəxi taifeyi-zükur kimi tərbiyət verilə və madam ki, taifeyi-ünas şövhər ixtiyar etməyibdir, güşadə-ru ola və şövhər ixtiyar edəndən sonra hifzi-namus təqaza edir ki, pərdənişin və məsturə olsun və əcnəbilərin ixtilatından və irtibatından e’tiraz etsin.

+

Qürrətül-eynin güşadə-ru olmağı bu hökmün tibqincə imiş. *[Bu hökmün misli təkarvadlılıq hökmü ilə birlikdə Əla-Zikrihissəlamda da görünmüşdür]. Birisi dəxi budur ki, aləmi-təbiətdə heç bir vücuda və şeyə nəcis itlaq olunmağını Bab caiz görmür, məgər inki bir para vücudu və əşyanı kərih bilir. Məsələn, deyir ki, kəlb və xınzır və xəmr və xun nəcis deyil, bəlkə kərihdir. Necə ki, qurbağa və fəzleyi-heyvanati-tahirə kərihdirlər. Vaqeən bu iki hökm bimisl əhkamdan hesab oluna bilir; xüsusən ikincisi ki, əgər İranda mütədavil olsaydı, dəxi dünyada cühüd millətindən başqa heç yerdə vasvası vücudu tapılmazdı. İndi nə qədər vasvası dünya üzündə məhz nəcasətin vücuduna e’tiqad etmək üçün tamam ömürlərində əzabi-əlimə və məşəqqəti-şədidə giriftardırlar.

Xülasə, madam ki, elmin rəvacı yoxdur və madam ki, xalq elm səbəbi ilə, həqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir Şeyx Əhməd-Bəhreyni və gündə bir Bab və bir Rükni-rabe’ çıxacaq, aləmə fitnə və aşub salacaq və xalqı sərgərdan və bədbəxt edəcək.

Vəqta ki, xalq proqres başladı, vəqta ki, elm rəvac tapdı və xəvariqi-a’datın və mö’cüzatın və kəramatın məhal olmağından müxbir oldu və külli-miləl də əqaidi-diniyyənin puç əfsanə olmağın bildi və sivilizasyon dairəsinə ayaq basdı, şeyx Əhməd-Bəhreynin də, Babın da və Rükni-rabein də və buların əmsalının da yolu bağlanır, xalq cəhalətdən və fitnə və aşubdan azad olur və despotdan dəxi azadiyyət tapar və despot dəxi ləqəbi-digər ilə rəisi-millət olub məhbubi-küllinas və məmduhi-külli-afaq olur və millətin iradəti vasitəsi ilə küllimüddəiyan və qasibani-mülkün fəsadından və küll daxil və xaric düşmənlərin şərrindən əmin və məsun qalır və bizəval səltənətin səməratından özü və əxlafı nikunamlıq ilə bəhrə tapar.

Bir həftədən sonra Rəştə rəvanə oluram. Bir ay orada qalacağam. Sonra Mazəndərana gedəcəyəm. Xudahafiz.

Kəmalüddövlə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов