İkinci məktub
Страница 1 из 11
Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də
Ey ruhi-əzizim Cəlalüddövlə, bu məktubumda axund Molla Sadığın və’z məclisini sənə vəsf edirəm. Heyrət et, tüklərin biz-biz dursun. Amma çihasil, mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil, əhli-İran qalibən bisavaddırlar. Bəlkə despotun ədəmitəvəccöh və ehtimamından və üləmanın biinsaflığından və bərbəriyyət zamanının hürufunun qüsurundan onların mindən birisi oxumağa qadir deyil. Bərfərz beş-on nəfər mənim mətalibimi oxudu, anladı, aya bununla murad hasil olurmu?
Bir əlac elə ki, İran əhli oxumağa qadir olsun. Bir əlac elə ki, bu bərbəriyyət zamanının əlifbasında e’rab hüruf ilə müttəsil yazılsın və nüqat küllən saqit olsun və hüruf əşkal ilə biduni-vasiteyi-nüqat, bir-birindən təşxis tapıb e’rab ilə müttəsil mərqum olsun, taki, hər kəs ədna müddətdə cüzvi ehtimam ilə, biistitaət olsa da, öz dilini oxuyub yazmağa qüdrət tapsın. Və illa min-min illər keçər ki, bu murad hasil olmaz. Dövləti-İran qədimi qüdrət və qüvvət və əzəmətini mübarə hasil edə bilməyəcəkdir, məgər tərbiyəti-millətlə və tərbiyətimillət sühulət ilə müyəssər olmayacaqdır, məgər kəsbi-savad ilə; kəsbi-savad ümumi-nas üçün hüsula gəlməyəcəkdir, məgər xəttihazırın islah və təğyiri ilə və xəttin islahı surət tapmayacaqdır, məgər müəssiranə və həkimanə tədabir ilə * və müruri-zaman ilə ki, on ildən əskik olmaya və həm bu məramın təhsili vəsailindən birisi millətin halətindən təəssübü rəf etməkdir ki, üləma və ruhanilərin vasitəsi ilə müyəssər olur, bu şərt ilə ki, dövlət sabiqən bu mənzur üçün üləma və ruhanilərin tərbiyəsinə şüru’ edə və oları mənafei-ittihadın dərkinə və dövləteyn mabeyinində olan müğayirət xəsaratının fəhminə qabil eliyə və öz mənzurunun əncamına müsaidət göstərmək üçün hazır qıla, sonra işə iqdam edə. Ondan ötrü ki, bu növ tədbirimüqəddəm olmamış Əfşariyyənin bərqi-dirəxşəndəsi bu işə cəsarət etdi, amma səltənətini və başını bu sövdada bada verdi *.
Xülasə, həkimanə tədabirsiz min illər gedəcəkdir * ki, İran əhli qəflətdən oyanmaz.
Bu sözdən despot xürsənd olmasın ki, İran əhli qəflətdə qalacaq, o da qoyun kimi bu avam xalqın içində bizaval səltənət edəcək. Belə deyil, keçənlərin tarixinə nəzər etsin, görsün ki, hansı despot silsilənin İran səltənətində davamı olubdur? Madam ki, e’tiqadati-puç xalqın xəyalında cagirdir, ya bir zirək Bab çıxar, ya bir huşyar sahibi-məzhəb peyda olur, bu elmsiz və cinnə və şeytana və firiştəyə və mö’cizə və kəramətə və külli-xəvariqi-adatə inanan xalqı bir saatda özünə girəvidə elər və despotu aradan götürər.
Aya, padişaha tapanca atan babilər, nə mə’lumdur ki, dübarə bir belə əməli-qəbihə iqdam etməyələr?
Pəs səltənətin davamı və silsilənin bəqası mövqufdur elmə və millətin puç əqaiddən azad olmağına və bu şəraitdən sonra padişah gərək fərmauşxanalar açsın və məcmə’lər yapsın və millət ilə ittifaq etsin və millət ilə yekdil və yekcəhət olsun. Mülkü yalqız özünün bilməsin, özünü ancaq vəkili-millət hesab eləsin və xalqın müdaxiləsi
+
ilə qəvanin vəz’ etsin və parlamentlər tərtib eləsin və qəvanin iqtizasınca rəftar etsin və xudrə’y heç bir əmələ qadir olmasın, yə’ni proqres məsləkinə düşsün və sivilizasyon dairəsinə qədəm bassın, taki, bu səbəb xatirinə, məmləkəti, qüdrəti-kamileyi-sabiqəsin təhsil edənədək bir para həris və pürzur səltənətlərin təərrüzündən əmin qalmaq üçün dövəli-qadireyi-Firəngistanın hövzeyi-zəmanətində olmağa müstəhəqq və səzavar olsun və xalq onu bərgüzidə bilib sevsinlər və onun haqqına bir kimsəni şərik bilməsinlər və silsiləsinə bir kəsi müddəi olmağa qoymasınlar və onun vücudunu baisi-əmn və asayiş və
+
mucibi-ədalət və səadət bilsinlər və patriot olsunlar. Yə’ni padişahın ismi ilə vətəndən ötrü can və mallarını müzayiqə etməsinlər. Nəinki indiki kimi, qorxudan ona itaət göstərsinlər. Qorxu cəhətindən göstərilən itaətin e’tibarı və səbatı yoxdur.
*Nadirdən ziyadə məxuf despot olmazdı və ona göstərilən itaətdən ziyadə itaət təsəvvürə gəlməzdi. Axır aləmə mə’lumdur ki, nəticəsi nə oldu. İtaət o surətdə binalıdır ki, iradətdən və məhəbbətdən naşi ola. Bərfərz ki, bu saatda İran xalqı padişaha itaət göstərir, aya, heç bir İran əhli var ki, padişaha məhəbbəti olub onun səltənətinin davamına və silsiləsinin bəqasına xahan olsun?. Ondan ötrü ki, padişah millətin mənafeyi üçün səltənət etmir, fəqət öz əğrazi-nəfsaniyyəsi üçün padişahlıq edir və millətə tərbiyət vermək ilə və onun hüsni-halına və hüsni-övzaına ehtimam göstərmək ilə onu özünə mürid eləmir və onu özündən uzaq salır.
*Tehranda müsafirlər mükərrər görüblər, padişah dişqarı çıxan vaxtlarda xalqı – ki, onun əyalıdırlar, – fərraşlar çub və çomaq ilə yoldan uzaq edirlər və əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurud edərlər.
*Əgər padişah millətin atasıdır və millət onun övladıdır, pəs bu namehribanlıq atadan övlada nisbət nə vəchdəndir ki, oları çub və çomaq zərbi ilə öz kənarından uzaq edir? Xalqı uzaq etmək əgər bu yoldandır ki, əşrar, padişahın vücuduna qəsd etməsinlər, pəs nə üçün Firəngistan padişahları mükərrər hədəfi-küluleyi-tüfəng olublar, amma genə özlərinin təvəkkül və cür’ətlərini itirməyib, həmişə yalqız dişrə çıxıb seyrə gedirlər, ancaq uzaqdan onların müstəhfizləri nazirdirlər və xalq ilə hərgiz rücuları yoxdur.
Yə’ni ixlas və iradət ümidini heç bir kəsdən tutmaq olmaz *.
*Xülasə, ey Cəlalüddövlə, əsasi-səltənət gərək [o qərar ilə qurulsun ki, ingilis səltənəti o əsas üzrə bərqərardır, yə’ni səltənətikonstitusyon bina olunsun], qəvanin üstündə qurulsun. Ancaq bu surətdə səltənət davam tapar və millət padişahın mülkünün ədəmi-zəvalına cannisar olur *.
Axund Molla Sadığın adın görüb özünü nəzərində mücəssəm elə və təqriratına qulaq as *.
Günorta namazının vaxtında bir neçə rüfəqa ilə məscidi-came’ə daxil oldum. Məscid hər sinif xalqdan mala-mal idi. Bir tərəfdə tüccar, bir tərəfdə sair kəsəbə, bir tərəfdə nücəba oturmuşdu. Ünas tayfası dəxi bir məhəldə qərar tutmuşdu. Mən dəxi rüfəqa ilə bir guşədə əyləşdim. Axund Molla Sadıq namazdan fariğ olub minbərə süud etdi. Əvvəl bir xütbə oxudu ərəb dilində ki, mə’nasını oturanların, demək olar ki, heç biri anlamırdı. Vaqeən pakizə oxudu, ərəb hürufunun məxrəclərini əda etmək ilə mə’lum oldu ki, qəvaidi-təcvidə külli bələdiyyəti var imiş. Heyif ki, xütbəsi xatirimdə qalmadı. Sonra başladı.
Axund Molla Sadıq:
“Bu gün sizə cəhənnəm əhvalını vəsf edəcəyəm ki, qəflətdən oyanasınız və və dünyaya bu mərtəbədə aludə olmayasınız. Axund Molla Məhəmməd Baqir Məclisi rəhmətullah “Həqqül-yəqin” kitabında əhadisi-sərihə mucibincə yazıbdır: Əvvələn e’tiqad etmək gərəksiniz ki, sirat haqqdır, o, cisri-cəhənnəmdir və cəmi xəlaiq məhşər günündə onun üstundən mürur edəcək. Buna pülisirat tə’bir olunur; qıldan nazikdir, qılıncdan kəskindir, atəşdən qızğındır. Olar ki, mö’- mini-xalisdirlər, asanlıqla onun üstündən keçərlər, ildırım kimi və olar ki, günahkardırlar, onun üstündə titrərlər, ayaqları sürüşər, cəhənnəmə düşərlər.
Cəhənnəmmin yeddi təbəqəsi var: əvvəlimci – cəhənnəm, ikimci – səir, üçümcü – səqər, dördümcü – cəhim, beşimci – ləza, altımcı – hətəmə, yeddimci – haviyə və cəhənnəmin şərabı həmimi-gərm və qətrandır və təamı zəqqumdur.
Həmimi-gərm ibarətdir çirkdən və irindən. Bu həmimi-gərm, belə bir şeydir ki, əgər ondan dünya əhlinin sularına bir qədər məxlut olsa, onun təəffünündən tamam əhli-dünya həlak olar. Və cəhənnəmdə bir dərə var ki, onun içində yetmiş min ev var və hər evin içində yetmiş min hücrə var və hər hücrənin içində yetmiş min qara ilan var və hər ilanın qarnında yetmiş min zəhrdar səbu var. Və cəhənnəm atəşinin istiliyi yetmiş dərəcə dünya atəşinin istiliyindən artıqdır.
Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var və hər əqrəbin dişində üç yüz otuz zəhrdar səbu var. Və cəhənnəmdə bir quyu var ki, onun ağzını açanda cəhənnəm şö’lə çəkir.
Və bir dağ var misdən, adına süud deyirlər və bir çay ərinmiş misdən ki, o dağın dövrəsində caridir və bu dağın istiliyi və təəffünü və kəsafəti bir mərtəbədədir ki, əhli-cəhənnəm həmişə ondan fəryad çəkər və əhli-cəhənnəmdə ərinmiş misdən köynəklər və cübbələr var, atəşdən zəncirlər var və hər cəhənnəm əhlinin ayağında atəşdən nal olur ki, şiddəti-hərarətindən məğzi başında qaynar.
Xülasə, ənvaü əqsam əzablar müqərrərdir ki, tövsifi ilə təfhimi mümkün deyil.
Cəhənnəmin xazini Malik adlı bir mələkdir ki, heç gülməz və həmişə xişmnakdır. Günahkarlar müttəsil cəhənnəmdə müəzzəbdirlər, həmişə fəryad edərlər ki, “ey Malik, bizim halımıza rəhm et!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-ikinci-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.
Mirzə Yusif xanaƏzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarınaƏziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...
İkinci ayrıca məktubƏzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin: