İkinci məktub
Страница 3 из 11 · 18%
Ey üləma, bir dəxi deyirsiniz ki, təşrihi-əmvat etməyin, haramdır; bu səbəbə ki, guya meyyitin ə’zası kəsilsə, həşrə naqis ə’za ilə gələr.
Qoy meyyit naqis ə’za ilə həşrə gəlsin, nə çox ümdə mətləbdir? Amma onun təşrihinin vasitəsi ilə tibb elmində tətəbböati-kəsirə əmələ gələcəkdir və xəlayiqə naməhsur faydalar olacaqdır. İndi Yevropada elmi-tibb dəyişilib; bərahini-qatiə ilə və təşrih səbəbi ilə müşəxxəs ediblər ki, məclisi-mərəz nəsayicdədir, yə’ni qandan xali incə və ağ damarlardadır və bu cəhətdən elmi-tibbdə tərəqqiyati-vafirə zühur edibdir. Amma siz elə Sokrat və Bokrat zəmanəsinin qəvaidini dəstaviz edib təşxisi-əmrazda hər yerdə səfih rə’yiniz ilə yazırsınız:
Xeyr, heç birisi deyil, siz bilmirsiniz, gedin öyrənin; bigünah əxlatın yaxasından əl çəkin və onların ziddinə əmrazə müalicə binasını qoymayın və xalqı qırmayın və bilasəbəb bahar fəslində fəsdə təklif etməyin və cövhəri-həyatı bilasəbəb azaltmayın ki, bədəndə heç bir əxlat qanın bərabəri deyil və onun təsfiyəsi fəsdilə xətadır. Və başa dəri papağı təcviz etməyin; ondan ötrü ki, qanın daima bədəndə gərdişi və dəvəranı var. Qanın təqazası daima bədəndə isti canibə meyl edib, soyuq canibdən rəm tapmaqdır. Dəri papaq vasitəsi ilə baş daima isti olur və qanı öz tərəfinə ziyadə cəlb edir və bu səbəb ilə ənvaiəmraz peyda olur; göz ağrısı kimi və onun əmsalı kimi.
Hələ bu mətləbə bəst vermək mövqeyi deyil.
Sabahı gün genə rüfəqa ilə getdim məscidə, axund Molla Sadığın və’zinə qulaq asmağa. Məscid dünənki kimi cəmiyyət ilə mala-mal idi. Gərək biləsən ki, məni nə rüfəqa tanıyır ki, kiməm, nə bir başqa əhəd. Guya bir səyyaham, adım da Ağa Kəmaldır. Rüfəqa ilə çəkildik bir guşəyə. Axund Molla Sadıq çıxdı minbərə. Bir fəsih xütbədən sonra başladı; hələ bu dursun. Ey Cəlalüddövlə, sən “Əlif-Leylə” kitabını – ki, Mirzə Əbdüllətifi-Təsuci farsi dilində qayətdə pakizə və nəhayət vüzuh və cövdətdə tərcümə edibdir – mükərrər oxurdun və deyirdin: Təəccüb edirəm bu “Əlif-Leylə”nin müsənnifindən ki, bu qədər yalanı haradan tapıbdır? İndi mən sənə deyirəm ki, təəccüb etmə, ərəb tayfası külli-təvaifi-dünyanın içində yalan qayırmaqda və əfsanə düzəltməkdə binəzirdir və İran tayfası dəxi yalana və əfsanəyə bavər etməkdə bimisldir.
31
İndi axund Molla Sadığın və’zinə qulaq as ki, axund Molla Məhəmməd Baqir Məclisinin “Həqqül-yəqin” kitabından nəql edirdi və gör ki, bir para ərəb, adlarını imami-qaibin süfərası qoyub, xüms və nəzr yığmaq üçün necə əfsanələr tərtib edibdirlər və əhli-İran dəxi onların əfsanələrinə necə inanıblar və bu əfsanələri özləri üçün əqaidi-diniyyə qərar veriblər.
Əvvələn, təvarixdən sərahətən və saniyən, xudi-süfəranın halatından və rəvayatından və həm sair əşxasın hekayatından zimnən məfhum olur ki, imam Həsən-Əsgərinin oğlu yox imiş və əgər var imişsə də, ya tüfuliyyətdə vəfat edibdir və ya yəhtəmil, imam Həsən-Əsgərinin oğlu yox imiş və əgər var imişsə də, ya ilə qətlə yetibdir. Bəhərhal, bir para cüvəllağı, bir para qoyun donunda olan qurdlar və şarlatanlar, özlərinin beş günlük mənfəəti üçün bir böyük milləti illər ilə əqideyi-batilədə müqəyyəd və şərafəti-əqldən məhrum və məratibiinsaniyyətin ədnatərin payəsində saxlayıblar.
İndi gələk axund Molla Sadığın və’zinə.
Axund Molla Sadıq:
Əhadisi-sərihə mucibincə xüruci-Mehdini, yə’ni on ikinci imamı, mütəvatir rəvayət edibdirlər və Mehdi zühur edəcəkdir dünyada bir
+
zaman ki, zülmdən və cövrdən məmlu ola və dolduracaqdır dünyanı ədldən və qistdən və cəm’i-kəsir o həzrətin viladətini görüblər və viladət zamanından qeybəti-kübra zamanınadək mülaqat ediblər və şiə, həmişə onun intizari-zühurunu çəkər. Müxaliflərdən çoxusu o həzrətin viladətinin təzyiqinə düşmüşdülər. Lihaza həqq-təala o həzrətin anasının həmlini məstur etdi; necə ki, həzrəti-Musanın anasının həmlini Fir’ondan məstur etmişdi. Amma cəm’i-kəsir o həzrətin viladətindən müttəle’ oldular. İmam Əliyyənnəqinin bacısı Həkimə xatun kimi və həmsayəlikdə olan bir mamaça övrət kimi və sairləri kimi. Və viladətindən sonra imam Həsən-Əsgərinin vəfatınadək çox camaat o həzrətin xidmətinə müşərrəf olmuşdular.
İmam Həsən-Əsgəri Əhməd ibn-İshaqa buyurdu ki, pərvərdigarialəm o gündən ki, adəmi xəlq edibdir, bu zamana qədər dünyanı hüccətdən xali qoymuyubdur və qiyamətədək dəxi xali qoymayacaqdır.
Mən soruşdum ki: “Yəbnə-rəsulullah, kim olacaqdır o hüccət?”. Ayağa durdu, evə daxil oldu və dişqarı çıxdı çiynində bir uşaq, on dörd gecəlik ay kimi, üç yaşında və dedi ki: “Ey Əhməd, məndən sora imam və hüccət budur ki, qaib olacaqdır”.
Ərz elədim ki: “Aya, bir möcüzə və əlamət zahir olur ki, mənim xatirim mütməin olsun?”.
Pəs uşaq təkəllümə gəlib fəsih ərəb lüğəti ilə dedi ki: “Mənəm Allahın bəqiyyəsi, dünyada və onun düşmənlərindən intiqam çəkən”. Sonra ərz etdim ki: “Yəbnə-rəsulullah, bu uşağın qeybəti tul tapacaqdır?”.
Buyurdu ki: “Bəli, ey Əhməd, bu qeybət tul tapacaqdır, ta ki, tamam xalq dindən rugərdan olalar. Ey Əhməd, bu, Allahın qəribə işlərindəndir və onun sirlərindən bir sirdir və onun qeyblərindən bir qeybdir”. Və genə Yə’qubi-Mənqus rəvayət edir ki, bir gün imam Həsən-Əsgərinin hüzuruna müşərrəf oldum. Bir hücrədə oturmuşdu. Sağ tərəfində bir əlahiddə hücrənin qapısı var idi, üstündən bir pərdə asılmışdı. Soruşdum ki: “Ey mənim seyyidim, imamət səndən sora kim ilə olacaqdır?”
İşarə etdi ki, o qapının pərdəsin götür.
Vəqta ki, [pərdəni] götürdüm, bir uşaq çıxdı ki, beş qarış qəddinin uzunluğu idi. Təqribən səkkiz, ya on yaşında nəzərə gəlirdi; açıq qabaq, ağ üz, gözləri işıqlı, əlləri qəvi, sağ yanağında bir xalı və başında bir kakili var idi; gəldi atasının qucağında oturdu. Həzrət buyurdu ki: “Məndən sora imam budur”. Pəs uşaq qalxdı. Həzrət buyurdu: “Ey fərzəndi-girami, get vəqti-mə’lumədək ki, sənə müqərrərdir”. Pəs uşaq genə hücrəyə daxil oldu.
Həzrət buyurdu: “Ey Yə’qub, o hücrəyə gir, bax gör kim var?”
Girdim, o yana, bu yana dolandım, nəzər saldım, heç kəsi görmədim. Bir dəxi Məhəmməd ibn-Müaviyə və Məhəmməd ibn-Əyyub və Məhəmməd ibn-Osman rəvayət edibdirlər ki: bir dəfə imam Həsən- Əsgərinin mənzilində idik; öz oğlu həzrəti-sahibi bizə göstərdi və buyurdu ki: “Budur mənim xəlifəm, məndən sora ona itaət edin. Amma bu gündən başqa onu görməyəcəksiniz”.
Məhəmməd ibn-Osman – ki, süfəranın ikincisidir, – rəvayət edir ki, çün mənim ağam həzrəti-sahib mütəvəllid oldu, imam Həsən-Əsgəri atam Osmanı tələb etdi, buyurdu ki, on min ritl çörək və on min ritl ət apar Bəni-Haşimə təsəddüq elə. Şeyx Məhəmməd ibn-Babveyh və Şeyx Tusi, sənədi-mö’təbər ilə rəvayət edibdirlər, Bəşir ibn-Süleymani-bürdəfüruşdan ki, Əbu-Əyyubi-Ənsarinin övladındandır [Rəvayət ediblər] ki, bir gün imam Əliyyənnəqi onu ehzar elədi və buyurdu ki: “Sən bizim dustdarımızsan, get filan yerlə cisr üstündə əsirlərin kəştisi gələndə filan surətdə olan kənizi bərdəfüruş Əmr ibn- Yeziddən xərid elə!”
Getdim, aldım. Axırda mə’lum oldu ki, bu kəniz qeysər padişahın qızı imiş; onu imam Həsən-Əsgəriyə əqd etdi. Həzrəti-sahib ondan təvəllüd tapdı və o kənizin adı Nərgis xatun idi və onda həzrəti-sahibin viladət zəmanınadək əsəri-həml mə’lum deyil idi. Ondan ötrü ki, imam Həsən-Əsgəri əmməsi Həkimə xatuna Nərgis xatunun vəz’ihəml zamanında buyurdu ki: “Biz imamların həmli şikəmdə olmaz, pəhluda olur və biz ananın rəhmindən təvəllüd tapmarıq, bəlkə ananın budundan təvəllüd taparıq. Bu səbəbə ki, biz həqq-təalanın nuruyuq. Məhəlli-çirk və kəsafətdən ki, ananın fərcidir, bizə xüruc etmək
+
səzavar deyil”.
Bir gün, Əhməd ibn-İshaq, Sə’d ibn-Abdullahı özü ilə bərabər imam Həsən-Əsgərinin hüzuruna aparmışdı ki, ondan bir neçə məsələ soruşsun. Sə’d ibn-Abdullah rəvayət edir ki, imam Həsən-Əsgərinin hüzuruna daxil olanda gördük ki, bir tifl o həzrətin qucağında oturubdur, kəmali-hüsni-cəmalda, başında kakil, həzrətin yanında qızıldan bir alma var idi ki, əkabiri-Bəsrədən birisi ona hədiyyə göndərmişdi və əlində o, bir namə yazırdı. Çün tifl mane olurdu, həzrət qızıl almanı tullayırdı, tifl onun dalısınca gedəndə məşğuli-kitabət olurdu. Çün Sə’d istədi ki, məsailini soruşsun, həzrət buyurdu ki, bu mənim fərzəndimdən soruş ki, mənim vəsiyyi-canişinimdir.
Mö’təzid xəlifəyə xəbər vermişdilər ki, imam Həsən-Əsgəridən bir tifl qalıbdır. Xəlifə, Rəşiqi və başqa iki nəfər qulamı göndərdi Samirəyə və buyurdu ki: “İmam Həsən-Əsgərinin evinə daxil olun və hər kimi haman evdə tapsanız, başını mənə gətirin!”
Rəşiq rəvayət edir: “Vəqta ki, Həsən-Əsgərinin evinə yetişdik, evin dəhlizində bir qara qul oturmuşdu, bəndi-zircamə toxuyurdu. Soruşduq ki: “Bu evdə kim var?” Cavab verdi ki: “Sahidi”. Dəxi bizə ziyadə mültəfit olmadı. Evə daxil olduq. Müqabildə bir pərdə gördük; çün pərdəni qaldırdıq, bir böyük hücrə nəzərə gəldi və o hücrənin içində bir böyük su, dəryaçə kimi müşahidə olundu və hücrənin intəhasında suyun üstündə bir həsir döşənmiş gördük. Və haman həsirin üstündə bir nikumənzər şəxs namaza məşğul idi. Heç bizə mültəfit deyil idi. Püfəqadan birisi, Əhməd adlı, ayağın hücrənin içinə uzatdı. Həmin saat suda qərq olmağa başlayıb iztiraba düşdü. Mən əlimi uzatdım, onu çəkdim çıxartdım. Bihuş oldu. Bir saatdan sonra huşa gəldi. Pəs o birisi rəfiq iradə etdi ki, daxil olsun; onun da halı bu qərar ilə oldu. Mən mütəhəyyir qaldım, üzrxahlıq başladım və dedim ki, ey müqərrəbi-dərgahi-ilahi, vallah, bilmədik ki, kimin yanına gəlirik. Həqiqəti-haldan müttəle deyildik. İndi tövbə edirik. Heç bizə mütəvəcceh olmadı. Bizim ürəyimizə əzim heybət düşdü, qayıtdıq, Mö’təzid bizim intizarımızı çəkirdi. Vəqta ki, yetişib qissəni nəql etdik, buyurdu ki: “Əgər bu sirri bir afəridəyə nəql edərsiniz, bişübhə hamınızın boynunu vuraram”. Mö’təzid ölənədək bu hekayəti bir kəsə nəql etməyə bizim cür’ətimiz yox idi”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-ikinci-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.
Mirzə Yusif xanaƏzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarınaƏziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...
İkinci ayrıca məktubƏzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin: