Kəmalüddövlənin əvvəlinci məktubu
Страница 1 из 5
Rəməzan ayında, sənə 1280-də Təbrizdən
Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?..
Əgərçi o növ şövkət və səadət Firəngistan və Yengi Dünya əhlinin bu əsrdə olan şövkət və səadəti cənbində çiraq kimi hesab olunur gün müqabilində, lakin İranın bu halətinə nisbət nurdur zülmət müqabilində. Ey İran, o zaman ki, sənin səlatinin Peymani-fərhəngə əməl edirdilər, neçə min il dünyanın İrəmmisal səfhəsində əzəmət və səadət ilə kamiran oldular, xalq onların təhti-səltənətində neəmati-ilahiyyədən bəhrəyab olub, izzət və asayişdə zindəganlıq etdilər və yoxsulluq bilməzdilər və sailbəkəflik etməzdilər və həm daxili-məmləkətdə azad və həm xarici məmləkətlərdə möhtərəm idilər və İran padişahlarının şöhrət-şövkəti külli-afaqi tutmuşdu. Necə ki, bu xüsusda şəhadət edər yunan millətinin təvarixi, nə islam millətinin əxbaratı, ondan ötrü ki, islam millətində İran səlatininin asarı və oların kütubü və qəvanini qalmadı.
[Ey İran! Sənin oğulların, nəvələrin nəsihət olsun deyə sənin keçmiş əzəmətinin yazılı abidələrini belə mühafizə etməmişlər; sənin keçmiş şöhrətini biz başqalarından, sənin əzəmətinin indiyə qədər yeganə şahidi olaraq qalan qədim yunan tarixlərindən öyrənirik, çünki Yunanıstan sənin möhtərəm, qocaman tarixini qədim dünyanın başqa xalqlarına nisbətən daha yaxşı öyrənmişdir].
+
Peymani-Fərhəngin əhkamına mütabiq səlatini-fürsün əsrində hər şəhərdə mühasiblər olurdu ki, rəayadan xəzinəyə vasil olan mala vaqif olub dəftərlərə qeyd edirdilər və bu mühasiblərin də hər tərəfdə gumaştələri olurdu və padişahların hər şəhərdə vəqayenigarları və kargüzarları və karagahları və daruğələri var idi ki, hər birisinin şüğlü müəyyən idi. Məmləkətin və rəayanın əhvalından müstəhzər olub, hər vaxt padişahı xəbərdar edərdilər və padişah dəxi müvafiqi-əhkami- Fərhəng, ümurati-sadirə babında əməl edərdi. Bir afəridə bir kəsə cövr və təəddi etməyə qadir deyil idi.
Qoşun saxlamaq üçün dəxi cidaganə rüsum müqərrər idi. Hərgah rəisi-ləşgər, öz hökmündə olan sipahilərin məvacibini isal etməkdə qüsur göstərsəydi, muridi-bazxast olurdu və rəiyyət mənafe və məhsulatlarından iyirmidən bir xəzinəyə mal verirdilər. Amma Sasanilərin dövründə rəiyyət ondan bir verməyi öz rizası ilə qəbul etdi. * Hər vilayətdə maliyyati-divaniyyə küllən xəzinə ismi ilə müsəmma olan məqamlara aid olub, məxarici-səltənət küllən haman məqamlardan vəz’ olunurdu və əsla rəaya öhdəsinə və sair məmərri-mədaxilə divan tərəfindən həvaləcat sadir olmazdı * və heç tərəfdə hükkamdan bir kəs qətli-nüfusa qadir deyil idi, əgərçi müstəhəqqi-qətl olsaydı da, gərək idi əvvəl padişaha ixbar etsin, sonra padişah, Fərhəng iqtizasınca nə hökm etsə, əməl olunsun və qətli-nüfusdan bəqədri-imkan ehtiraz edərdilər. Və casuslar yetirdikləri xəbərin həqqiyyətində təftişi-bəliğ əmələ gətirərdilər və sipahilər heç vaxt xeymə və xərgah bəndində olmazdılar və zəhmətə və cəfaya həmişə mö’tad olurdular və bigünah bir kəsi öz şüğlündən mə’zul etməzdilər və xidmətə ömr sərf edənlərin özlərinə və əyallarına ruzi müqərrər edərdilər. Padişah tərəfindən hər yerdə zükur və ünas bimaristanları olurdu ki, qərib və bikəs mərizlərə orada müalicə edib pərəstar olurdular və taifeyi-ünasın pərəstarları ünas taifəsindən müqərrər idi və kor və şil və aciz və bikəs adamlar dəxi bimaristani-padişahidə ruzixar idilər və fəqir və gəda heç yerdə olmazdı və padişahın yanında həmişə yaxşı xasiyyətli və təbiətli və mərifətli nədimlər olurdu ki, daima padişahı yaxşı işə dəlalət edirdilər və padişahın hüzurunda nədimlərdən masəva böyük mö’bid dəxi olurdu ki, cəmi ülumə xəbərdar idi, xüsusən hekayatdan və təvarixdən və əhkami-Peymani-Fərhəngdən və ümurimüşkilədə padişaha məsləhət göstərərdi və rəhnümalıq edərdi.
Padişah hər gün bar verərdi, amma hər həftədə məxsusi bir gün bari-dad idi, yə’ni xalqın ərayizinə sima’ etmək günü idi ki, o gün hər hacətmənd padişahı görüb dərdini izhar edə bilərdi. Padişah, rəaya ilə bir süfrədə təam yeməyə oturardı. Hər mənzildə padişah tərəfindən atlar və adamlar müəyyən idi, vaqe olan əxbaratı müvəkkillərin e’lamı ilə padişaha və padişahdan müvəkkillərə yetirərdilər. Peymani-Fərhəngdə hər günahın və səvabın cəzası və əcri müəyyən idi. Əgər bir kimsənə müznib olurdu, padişahın müqərrəblərindən heç birisi qadir deyil idi ki, ona şəfaət etsin və əgər bir kimsənə millətin və məmləkətin nəf’inə bir xidmət göstərərdi, müqərrər olunan əcrə müstəhəqq olurdu və düşmənə zəfər tapandan sonra acizlərə və miskinlərə və müsafirlərə və ammeyi-səkənəyə və rəiyyətlərə zərər yetirməzdilər.
Həqqi-təala bu radişahları müəyyən etmişdi ki, ərusi-məmləkəti ehsan və insafın zivəri ilə bəzəmişdilər. Tüccar və tüllab və müsafiran onların dövründə hər tərəfə asudə tərəddüd edib həmişə izzət ilə olurdular və Peymani-Fərhəngin əhkamından hər gün nədimlər padişaha oxurdular və müşkuyi-zərrin üçün, yə’ni hərəmxana üçün dəxi cidaganə qanun var idi. Padişahın bir banuyi-banüvanı olurdu, hər əmələsi və təbəəsi ünas taifəsindən, amma onda fərmanrəvalıq ixtiyarı olmazdı.
Ey Cəlalüddövlə, fürslərin səltənət qəvaidi yen ziyadə idi. Hər bir ümur üçün bir qaideyi-müqərrərə var idi. O əsrə nisbət ki, hələ ülumun və sənayein ziyadə tərəqqisi yox idi, fars padişahlarının cümlə qəvaidini zikr etmək tətvilə bais olur. Peymani-Fərhəngin əhkamı çoxdur; cümləsini bu məktubda dərc etmək müşküldür. Peymani-Fərhəngin əhkamının nəticəsindən idi ki, səlatini-fürs aləmdə namdar oldular və milləti-fars bərgüzideyi-miləli-dünya idi və cahanyana aşikardır ki, dövri-qədimdə səlatini-fürsün ərseyi-mülkü nə vüs’ətdə idi: Bir ucu Zabilistan, bir ucu Mədain ki, ibarət ola * şimalən rudi-Ceyhun və dəryaçeyi-Aral və Babül-əbvabi-Dərbənddən, cənubən Xəlici- Fars və bəhri-Ümmandan, şərqən rudxaneyi-Sütlücdən mabeyni-Sind və Hindistan; qərbən boğazi-İslambul və sahili-bəhri-Əbyəzdən və dəxi Bülucüstan və Əfqanistan və Kabilistan və Ğur və Sistan və Lahur və Kişmir və Şikarpur və təmamiyi-Sind və Bəlx və Xivə və Örgənc və Dəşti-Qıpçaq və Şirvanat və Babil-zəmin və Biladi-Hirə və Diyarbəkr və Ərmən-zəmindən və vilayəti-Siri, yə’ni Şam və Hələbdən və təbəələri nə səadətdə idi.
Heyf sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər. Sənin
+
torpağın xərabdır və əhlin nadandır və sivilizasyoni – cahandan bixə-
++
bərdir və azadiyyətdən məhrumdur və padişahın despotdur və despot
+++
zülmünün tə’siri və üləma fanatizminin zoru sənin zə’f və natəvanlığına bais olubdur və sənin qabiliyyətini künd edibdir və cövhəri-əqlini paslandırıbdır və səni fürutənliyə və dənitə’bliyə və rəzalətə və zillətə və übudiyyətə və təməllüqə və riyakarlığa və münafiqliyə və məkrə və xüd’ə və cübnə və təqiyyəyə xugər edibdir və cəmi xəsaisi-həsənəni: sədaqət və ədalət və vəfadarlıq və cəvanmərdlik və şücaət və ülvitələblik və ali hümmətlik kimi sənin təbiətindən səlb eləyibdir və sənin tinətini bu sifati-mə’dudənin cümləsinin ziddi ilə müxəmmər qılıbdır və yəhtəmal, yüz-yüz illər keçəcəkdir ki, sən rövnəqə düşməyəcəksən və asayişə və səadətə çatmayacaqsan və sivilizasiyon tapan millətlərə bərabər ola bilməyəcəksən. Sənin xalqın hesabsız Rum və Rus və Əfqanıstan və Hindistan və Türküstan və Firəngistan məmləkətlərinə zülmdən və fəqrdən pərakəndə olub sərmayəsiz, kəmali-zillətdə fə’ləliklə və nökərçiliklə gün keçirir və hər yerdə başına döyülür və hər yerdə xar və xakisar [cürbəcür əziyyətlərə] tutulur* və sənin xalqından iki yüz minə qərib zükurən və ünasın əyal və ətfalları ilə türkmanların əlində məşəqqəti-əsirlikdə giriftar olub, həmişə nalə və əfğan ilə ruzigarlarını başa aparırlar və bir kəs onların dadına yetişmir və oları xilas etmək xəyalına düşmür və
+
sənin padişahın dünyanın proqresindən qafil və bixəbər oturubdur öz paytəxtində. Belə bilir ki, padişahlıq ibarətdir yaxşı libas geyməkdən, yaxşı xörək yeməkdən, xudrə’y hər kəsin can və malına bihəddü-inhisar təsəllütü olmaqdan və zirdəstan ona rüku və səcdə etməkdən və əbdi-rəzil kimi ona fərmanbərdar durmaqdan [*və axmaq şairlərin onu uşaq aldatmaları ilə tərifləməsindən. Bu fərd kimi:
“Könlünü taxtda rahat saxlayırsan, ancaq təblinin nə’rəsindən Çində xaqan, şeypurunun səsindən Rumda qeysər qorxudadır”.
Şah bu cür axmaqaldadıcı yaltaqlıqdan şadlanır və yalançıya ən’am da verir və qətiyyən bilmir ki, nə qeysər, nə xaqan və nə də başqaları heç yerdə onu hesaba almırlar].
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-kemaluddovlenin-evvelinci-mektubu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi**Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay*
Maarif nazirinə məktubHəzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.
Xarici işlər nazirliyinə məktubXarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*
Hacı Əli xana məktubHacı Əli xana yazılmış məktubun surəti**Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!