Kəmalüddövlənin əvvəlinci məktubu
Страница 5 из 5 · 80%
Ancaq yazır ki, Nadir o cəngdə:
Pəs mə’lum [olur] ki, ləşgər fəqət səvarədən ibarət imiş; yek qol yə’ni nədir? Necə yek qol? Məgər bir belə əmri-əzimdə, bir belə kəlmeyi-məchulə kifayət edər?
Bir dəxi Əşrəfin əvvəlimci şikəstindən sonra Kürkçü oğlu onu göz açmağa qoymayıb, dabanbasma onu paytəxtədək tə’qib edibdir. Bu növ tədbir, bir sirri xəfi idi ki, Napolyondan başqa ki, müvərrixlər ona qəzavü qədərin oğlu ləqəb veribdirlər, heç bir sipəhsalar bu sirri anlamamışdı. Ancaq Napolyon bu sirri fəhm edib düşməni, cəngi-səhrada sındırandan sonra ona məcal verməyib, paytəxtədək onu kəmali-sür’ətdə təaqüb edirdi ki, fəthin nəticəsi məhz belə əməldə nümayan olur.
Astarabadlı Mirzə Mehdi hərgiz bu sirrin hikmətini və Nadirin zehninin və əqlinin şərafətini dərk etməyib, fəqət özünün zəhlə getmiş ləffazlığı ilə xanəndəni məşğul edir. Guya xanəndə gərək onun sənətindən xəbərdar olsun, nəinki Nadirin hünərindən. Və ancaq yazır ki:
*Yalançının evi yıxılsın! Ey axmaq müvərrix, sən ki, zəhmət çəkirsən, bu qədər sözləri yazırsan, bari, bu zəhməti bir mətləb xüsusunda çək ki, ondan bir fayda hasil olsun, nə ki cəfəngiyat xüsusunda. Bir xəyal elə ki, Kürkçü oğlu kimdir və bəhr və kuh və bərq və sübh nədir?
*Bir deyən varmı ki, ey cahili-əhkami-ilah,
Bir xəyal eylə ki, kimdir dediyin böhtanı.
Bəhər surət məəhaza * vilayət içində padişahi-despot tərəfindən bielm və bixəbər şahzadələr müqimdirlər. Xalq übudiyyətin kəmalirəzalətində bulara nisbət rəftar edir. Bular sədri-məclisdə oturublar, xalq üməradan olsun, ya amidən olsun, onların hüzuruna daxil olanda, rüku’ edərlər, əl-əl üstə durub müntəzirdirlər ki, ağzından nə çıxacaq. Təkəllümə iqdam etdikdə, hər tərəfdən “bəli, bəli” sədası bülənd olur.
Bular deyərlər:
Və küçələrdə şahzadələr keçəndə, fərraşlar qabağa düşüb, anənfəanən xalqa çığırırlar:
Əgər bir biçarə qəflətən yoldan kənar olmasa, fərraşların kötəyinə və dəyənəyinə düşər və xalq despot zülmünün tə’sirindən və məzhəbin puç əqaidinin nəticəsindən hərgiz dərk edə bilmir ki, aya, bu vücudlar bəşəriyyətdə onunla şərik və müsavi və elmü fəzldən onun kimi məhrum və əxlaq cəhətindən ondan dəxi ədna, niyə gərək bu növ tərcihə müstəhəqq olsunlar ki, olar gələndə, bu, gərək yoldan kənar olsun? Bavücudi ki, yolda bunun hüzuru hərgiz onların müruruna mane deyil. Aya, məhz o səbəbə ki, olar ittifaqın vəsiləsi ilə, mütəşəxxis valideyndən vücudə gəliblər?
Bir xəyal edə bilmir ki, bular niyə gərək bu əfzəliyyətə səzavar olsunlar? Bular, bizim can və malımıza himayət edirlərmi? Yox. Bular, bizim sinurumuzu – bir ucu Zabilistan, bir ucu Mədain – düşməndən saxlayırlarmı? Yox. Bular bizim əsirimizi Türkmandan siyanət edirlərmi? Yox. Bular bizim zükur və ünas ətfalımıza mürəbbi olurlarmı? Yox. Bular bizdən ötrü şəfaxanalar və mədrəsələr açıblarmı? Yox. Bular bizim ticarətimizə və kəsbimizə rövnəq verirlərmi? Yox. Buların vasitəsi ilə biz xarici məmləkətdə ehtiram tapırıqmı? Yox. Buların himayəti ilə biz daxili-məmləkətdə şərarəti-əşrardan əmin oluruqmu? Yox. Buların səbəbi ilə biz fəqrdən nəcat bulmuşuqmu? Yox. Pəs buların vücudu nəyə lazımdır?
Buların vücudu ona lazımdır ki, bizim qazandığımızı və öz mülkümüzdə yer altından tapdığımiız az, ya çox qızıl və gümüşü əlimizdən alsınlar, xudrə’y və biqanun, həvayi-nəfsləri təqazasınca, hər növ müsibət bizim başımıza gətirsinlər və özləri də öz növbətlərində bəlaya giriftar olsunlar. Yə’ni ya despot tərəfindən məğzub olub, dəni vücudlarından dünyanı pak etsinlər və heç asari-xeyr olardan baqi qalmasın, yainki şürbdən və sair fisqdən əmrazi-şədidəyə mübtəla olub getsinlər. Bu şahzadələrin birisinin “Xanlar-mirzə” adlı hekayəti Sədri- Yəzdi ilə külli-İranda məşhurdur. [O şahzadə Sədri-Yəzdinin Qacar sülaləsi şahzadə xanımlarından çox gənc, könülaldadan, gözəl arvadı ilə məhəbbət əlaqəsi saxlayıb eşqbazlıq edirdi.
Bir gün Sədri-Yəzdini, qonaqlıq bəhanəsi ilə öz evinə də’vət edib boğdu. Ondan sonra qadınını aldı. Belə böyük bir günah cəzasız keçdi, çünki zalim qatil hökumət adamları yanında özünü təqsirdən təmiz göstərib, məzlum Sədri-Yəzdiyə xəyanət ittihamı verdi ki, guya bu sədril-üləma üsyan xəyalında olub, səltənətin eyblərini məclislərdə danışır və adamları fitnəyə və hərəkətə qaldırırdı.
Mə’lumdur ki, dövlətə yaxın olan bə’zi adamlara peşkəş olaraq sərf edilən məbləğ, qatil şahzadənin günahsızlığını və dövlətpərvər olduğunu qüvvətləndirdi.
Sədri-Yəzdinin öldürülməsi və qorxusuz şahzadənin günahı bir dastan mövzuu ola bilər].
Ey Cəlalüddövlə, əgər sən özün də despotdan məğzub və vətənindən mətrud və həmcinslərindən də şaki olmamış olaydın, mən heç vaxtda sənin həmcinslərinin üyubunu sənə yazmazdım və səni mükəddər etməzdim.
Üməra dəxi şahzadələrə şəbihdirlər; əxlaqi-zəmimədə və fisqdə və tamahkarlıqda və təhsili-mədaxildə və əbləhanə təşəxxüsfüruşluqda.
+
Ey əhli-İran, əgər sən nəş’eyi-azadiyyətdən və hüquqi-insaniyyətdən xəbərdar olsaydın, belə übudiyyətə, belə rəzalətə mütəhəmmil olmazdın, kəsbi-elmə talib olub fəramuşxanalar açardın, məcmə’lər yapardın, vəsaili-ittifaqı dəryaft edərdin. Sən ədəddə və istitaətdə despotdan bəməratib artıqsan. Sənə ancaq yekcəhətlik və yekdillik lazımdır ki, revolyusiya edib übudiyyətdən nəcat tapasan. Əgər bu halət, yə’ni ittifaq sənə müyəssər olsaydı, özünə bir fikir çəkərdin və özünü puç əqaidin qeydindən və despotun zülmündən nəcat verərdin.
Çifayda, bu halət sənə müyəssər olmaz, məgər elmlə və elm hasil
++
olmaz, məgər proqres və proqres surət tapmaz, məgər liberal olmaq ilə və liberal olmaq olmaz, məgər əqaid qeydindən qurtarmaq ilə.
Sənin əqaidin, sənin məzhəbin liberal olmağına manedir. Aya, İranın
+++
heç bir səfhəsində şarlatan üləmanın qorxusundan və avamın vahiməsindən ağzını açıb deyə bilirsənmi ki, ey biçarə xalq, tə’ziyə saxlayırsan, bəhər surət; şaysey-vaxsey təpirsən, bəhər surət; döşünə-başına döyürsən, bəhər surət; əndamına niyə xəncəl-bıçaq taxırsan? Ölülərini niyə dəxi hər yerdən tabutlar içində atlara, eşşəklərə, qatırlara mindirib Kərbəlaya, ya Nəcəfə daşıyırsan? Ölkəni və yolları və mənzilləri bu mütəəffin cəmdəklərin iyisindən mur-murdar edirsən və yoldan ötən aşina və biganə müsafirləri mütənəffir eləyirsən?
+
Biçarə liberal, biçarə panzör nə etsin, vəqta ki, ərbabi-xəyalə və ərbabi-üquli-səliməyə danışmaq üçün bu zalimlər, yə’ni üləma, yol vermirlər və üləmanın zoru, ümuri-üxrəviyyə, yə’ni fanatizm cəhətindən bir mərtəbədədir ki, olar hərgiz özlərini məhkumi-hökmi-səlatin fərz etməzlər, bəlkə bəxilafi-zalik, özlərini, naibi-imami-qaib və sahibəzzəman bilirlər və onların hər birisi hər diyarda özünü müstəqil və fəridi-əsr hesab edib və özünə isnadi-ictihad verib, ancaq özünün müridlərini və müqəllidlərini çoxlandırmaq fikrindədir; hətta ümuriüxrəviyyə cəhətindən üləmanın, səlatinə dəxi təfəvvüqləri var və bu maddədə səlatin dəxi olara tabedirlər və səlatinin qürurunu sındırmaq üçün oları sərahətən kəlbi-asitani-imam xitab edirlər. Necə ki, şeyx Bəhai təsnifatının birisində Şah Abbası, kəlbi-asitani-Əli ibn-Əbutalib adlandırır və Şah Sultan Hüseyn əhdində Xorasanda məzrub olan dənanirin zərbi kəlbi-asitani-Riza Hüseyndir və səlatin dəxi töv’ən ya kərhən bu əmrə riza veriblər və bu xiffətin məalından hərgiz əndişə etməyibdirlər və anlamayıbdırlar ki, bir kəsin imama nisbət dərəceyikəlbiyyəti ola, naibi-imama nisbət ağalıq dərəcəsi ki, ola bilməz. Vaqeən də naibi-imam necə özünü kəlbi-imama məhkum və tabe bilsin və aya, belə məhkumiyyətin və təbəiyyətin münasibəti və surəti varmı və üləma salatini imama kəlb etməyə iktifa etməyib, olara zalim və amillərinə zələmə ləqəbini dəxi verirlər və səlatin də bu əmrə bie’- tina və barmaqlarının arasından nazirdirlər. Başqa çarələri də yoxdur. Zira ki, madam, əqaidi-diniyyə millətin xəyalında rasix və sabitdir, bu isnadı rəf etmək səlatinin qüvvəsindən xaricdir. Bu tərəfdən nəzmiməmləkət üçün mütədavil olan tərzi-siyasət hər aqili təhəyyürə salır.
Vəhşi və bərbəri təvaifin içində mə’mul olunan rüsumi-siyasət bu saat da İranda müşahidə olunur.
Görürsən adam şaqqalanıb dərvazalardan asılıbdır; eşidirsən ki, bu gün beş qol kəsilibdir, beş göz çıxarılıbdır, beş burun-qulaq siyrilibdir.
Nəql edirlər ki, Tehranda babilərin fəsadında müqəssirlərin siyasəti üçün ənva və əqsam tərzlər ixtira etmişdilər ki, adam eşidəndə mat qalır. Bavücudi ki, indi sivilizasyon tapan məmləkətlər içində bu gunə siyasətlər bilmərrə mövqufdur və bu növ siyasəti icra edən təvaif vəhşi heyvanat və bərbərilər zümrəsində hesab olunur.
+
Həzmi-vilayət üçün başqa vəsail var. Əgər ümərayi-İran, politika elmindən və qanunundan xəbərdar olsaydılar, bilərdilər ki, qətli-nüfus ilə və qət’i-ə’za ilə vilayətə nəzm vermək qəbihdir. Çifayda, ümərayi-İran, bəlkə külli-əhli-İran, hətta despot özü də, heç bir elmin təhsilinə rağib deyillər. Səlatini-despot nə özləri [idarə və] politika elmini təhsil edirlər və nə varislərinə politika elmindən tərbiyət verirlər və belə güman edirlər ki, [idarə və] politika elminin səltənətə əsla lüzumu yoxdur və lüzumu olsa da, olar və onların vüzərası, bu elmi firəngin babasından da yaxşı bilirlər.
Ey Cəlalüddövlə, sən bilirsən ki, [idarə və] politika elminin təhsili İranda mümkün deyil, vacibdir ki, Firəngistana səfər etmək və orada təhsil eləmək. Aya, bu mümkündürmü? Necə səfər etmək və küffar ilə necə mülaqat və mübaşirət eləmək? Aya, fanatik və şarlatan üləma bu əmrə razı olurmu? Aya, bu püç əqaid bu işə fitva verərmi? Və külli-əhli-İran elə zənn edir ki, olardan danatər aləmdə heç taifə yoxdur. Ondan ötrü ki, olar axirət elmindən guya bəhrəvərdirlər və axirət elmindən başqa ülum, bifaidə və əbəsdir. Mükərrər Təbriz xalqından eşidirəm ki, deyirlər: firənglər vaqeən ülumi-suriyyədə, yə’ni dünyəviyyədə tərəqqiyi-külli edibdirlər, çifayda ülumi-mə’nəviyyədə, yə’ni diniyyədə qəflətdə və zülmətdədirlər. Biçarələrin bu iştibahlarına səbəb zalim molla və vaizdir.
Dünən məscidi-camedə axund Molla Sadığın və’z məclisində oturmuşdum. Biləsən ki, nə pərpuçat, “Əlif-Leylə”nin əfsanələrindən bədtər təqrir etdi. Biçarə xalq onun təqriratında olan pərpeçatı elm fərz edib, bu səbəbə özünü bəsirətdə güman eyləyir və firəng əhlini qəflətdə bilir. Vallah Firəngistanın on iki yaşında tifli bu növ pərpuçata bavər etməz.
Məclisi-vəz’i ikinci məktubumda vəsf edəcəyəm. İndi yorulmuşam, xudahafiz. Hacı Fətullahi-Rəştidən sənə bir bəstə Şiraz tənbəkisi göndərdim, vüsulundan məni xəbərdar elə.
Kəmalüddövlə
Kitabxana.az · https://kitabxana.az/ru/works/axundzade-kemaluddovlenin-evvelinci-mektubu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi**Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay*
Maarif nazirinə məktubHəzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.
Xarici işlər nazirliyinə məktubXarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*
Hacı Əli xana məktubHacı Əli xana yazılmış məktubun surəti**Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!