Страница 4 из 5 · 60%

Və öz padişahınızı Cəmşid rütbəli adlandırırsınız və onun üçün böyük əzəmətlər və’d edirsiniz.

Əgər sizin padişah dünyanın vəziyyətindən xəbərdar olsa, idarə və tərbiyə elmlərindən, ədalət və mürüvvət qaydalarından, rəiyyətpərvərlik və vətənpərəstlikdən agah olsa, tabe’ləri və rəiyyətləri haqqında zülmü, fəqirliyi, nadanlığı tamamilə rəf edər və onları çılpaqlıqdan, aclıqdan qurtarar və öz ölkəsinin sərhədlərini yolkəsən türkmanlardan və ən alçaq səhranişlərin hücumundan mühafizə edər və öz məmləkətinin hər yerində mədrəsələr, xəstəxanalar açar və məmləkətə aid olan işləri ov əyləncələrinə tərcih edər, bir sözlə böyük Pyotr və böyük Fridrix kimi öz vətənini hər xüsusda azad və Yevropanın müntəzəm məmləkətlərinin tayı edər. Belə olduqda, onu Cəmşid rütbəli, əzəmət sahibi və uca ada layiq saya bilərdiniz. Yoxsa ona Cəmşid və Firidunun bərabəri demək olmaz və əzəmət çoxluğu ona müyəssər ola bilməz] *.

Vəqta ki, ruznameyi-dövlətini açırsan, görürsən ki, hələ dirilərin işinə nəzm verməmiş, ölülərin işinə qoşulubdurlar və əməleyi-mövta üçün qanun və qərari-cədid yazıblar və bir belə ədna əmrin isnadını da şəxsi-əvvəli-dövlətə veriblər.

Keçmiş həftənin ruznaməsində oxuyursan ki, padişahın üməra və üləma evlərinə təşrif aparmağı vaxtında pişkeş və payəndaz mövquf olubdur. Sonra gələcəkdəki həftənin ruznaməsində görürsən ki, ə’lahəzrəti-padişah filan yerə təşrif aparmışdılar və filan töhfə pişkeşihüzur olunmuşdu və mətbui-təb’i-hümayun düşmüşdü.

Tehran ruznaməsinin bir səhifəsində görürsən yazıblar ki, burun, qulaq kəsməyin İran dövlətində hərgiz vüquu yoxdur; bu iftiranı ingilislər ədavət yolundan İran dövlətinə bağlayıb qəzetlərində yazırlar.

Haman ruznamənin başqa səhifəsində Mazəndaran əxbarının zikrində oxuyursan ki, Mehdiqulu Mirzə bir əttarın qulaqların ibrətən-lilnazirin kəsibdir. Çünki bir seyyidin yüz tümən pulunu təqəllüb ilə yemiş imiş.

*Fransa və İngilis məmləkətlərində eşşəkləri və atları və öküzləri dəxi vurmaq və incitmək qədəğəndir, amma İran məmləkətində despotun fərmanı ilə, hətta cəlilüşşə’n üməranın ayaqlarını fələqqəyə qoyub çubuq vurarlar və bir neçə vaxtdan sonra genə bu rüsvay olunmuş üməradan vəzirlər və sərdarlar qayırırlar və olardan ixlas və iradət təvəqqö’ edirlər və bu biçarə üməranın təbiətlərində despotun təhəkkümü təsirindən bir tövr rəzalət və übudiyyət və biqeyrətlik hasil olubdur ki, çubkarlığı özlərinə hərgiz ar bilməzlər və bu növ zillət və rusvaylıqdan sonra genə bu dünyada zindəganlığa talib olurlar.

*[Və bir də İran əhli bu günə qədər anlamamış ki, uşaqların tərbiyəsində çubuq və sillə vurmaq, onların əxlaqını pozar, təbiətlərini alçaldar, fitri cövhərlərini boğar, qorxaq və yalançı edər. İranda heç bir məktəb tapmazsan ki, onun səfeh məktəbdarının çubuq və fələqqəsi olmasın. Təəccüblü budur ki, hər bir uşağın anlaqsız atası, öz uşağının tə’lim və tərbiyə üçün məktəbdarın yanına apardıqda, uşağının yanında dediyi birinci söz budur: “Molla, oğlumu sənə tapşırıram. Əti sənin, sümüyü mənim. Ona yaxşı tərbiyə ver!”

Nadan molla dəxi cavab verir:

– Əmin ol, çubuq və fələqqə həmişə onun gözünün qabağında olacaqdır”.

Bu cür tərbiyədən sonra, uşaqlardan, böyüdükdə nə kimi insanlıq, mə’rifət, yüksək hümmət və nəcib əxlaq ümid etmək olar? Bundan təəccüblüsü vəzarəti-ülumun qəflətidir ki, bu hərəkəti məktəbdarlara qədəğən etmir].

Tarixi-dövlətini mütaliə edirsən, görürsən ki, bədvdən xətmədək qələt ilə doludur. Əcəbtər budur ki, müəllif kitabın axırında üzr istəyibdir ki, dövləti məşğələlər səbəbindən, kitabın islahına fürsət bulmayıbdır və çox neviştəcatın axırındakı mürasilə rəsmincə şəxsiəvvəli-dövlətdən, onun padişahının fərmayişi ilə xass üməranın isminə və ya bə’zi həmcivar dövlətlərin [əmirlərinin], şəxslərinin və camaatlarının ismlərinə mərqum olmuş ola, tarixi-mahü sal və məhəlli-kitabət yazılmır. Əgər bir qərndən sonra bir müvərrix istəyə ki, haman neviştəcatın məzmunundan bir para əxbarat tarixə daxil edə, onların vaxtının və məhəlli-vüqularının tə’yinindən acizdir və şəxsiəvvəlin mənsəbi də nə imzasından və nə möhüründən müşəxxəs olmaz. Məhz onun mürasiləsinin məzmunundan qiyas eləmək olur ki, o gərək şəxsi-əvvəli-dövlət olsun.

Habelə cəmi mürasilatda ki, xalq bir-birinə yazırlar, ondan qətinəzər ki, ayın və ilin tarixi və mürasilatın məhəlli-kitabəti yazılmır, mürasilənin içində müxatəbin ismi dəxi mərqum olmayıb, ancaq onun əlqabına iktifa olunur və ismi mürasilənin ləfafəsinin bir üzərində təhrir tapır. Vəqta ki, müxatəb mürasiləni ələ alır, ləfafəsin cırıb atır, üzünün ismi də haman ləfafə ilə aradan çıxır. Əgər bir müddətdən sonra haman mürasilatın məzmunu bir mətləb xüsusunda sənəd ola, bir kəs bilməyəcəkdir ki, olar kimə və haradan yazılıbdır. Hətta onların raqimi dəxi müşəxxəs olmaz. Ondan ötrü ki, mürasilənin zöhründə ancaq bir möhür var: Məhəmməd, ya Əli, ya Vəli adına. Aya, bu Məhəmməd və Əli və Vəli kim idilər və nə karə idilər? Mə’lum olmayacaqdır və genə habelə qəbaləcatda və qət’naməcati-şər’iyyədə ki, onların da məhəlli-kitabəti mə’lum deyil, mətnin fövqündə bu ibarət mərqum olur:

və ya

Və bir möhür dəxi bu ibarətin təhtində səbt olunur, – Kazım və ya Bağır adına. Əgər bir neçə müddətdən sonra bu növ sənədatın uzaq əmkinədə bir mətləb üçün lüzumu olmuş ola və oranın hakimi talib ola ki, onların qayırma olmadığı xüsusunda bir dürüst təhqiq əmələ gətirə, hərgiz bilməyəcəkdir ki, sahibi-möhr, qazi imiş, ya şeyxül-islam imiş, ya müctəhid imiş, ya mollayi-qeyri-mə’ruf imiş və ya filhəqiqət heç vücudu yox imiş və ibarəti-mərqumeyi-qəşəng ki, həzərat, kəmalivəcddə guya özlərinin dərəcatını e’lan etmək üçün ixtira edibdirlər, hərgiz onların vecinə gəlməyəcəkdir. Bavücudi ki, bu növ sənədatın istehkamı üçün çox diqqət vacibdir və gərək hakimi-şər’in mənsəbi ki, onun ittilaı ilə bu sənədat südur tapır, sərahətən qələm ilə rəqəm tapa və gərək hakimani-şər’in məxsusi möhürləri əlayimi-xassə ilə və təşxisi-bələd ilə – ki, məhkəmələri orada bina olubdur,– olmuş ola və hakəza cəmi mürasilatda ki, dostların arasında nigariş tapar və nəfsüləmrdə ibarətdir mütəkəllimin mükaliməsindən müxatəb ilə bəvasiteyi-namə, mütəkəllim özünü və həm müxatəbi, şəxsi-qaib məqamında zikr edər və əhyanən bir, ya iki şəxs qaibi-həqiqinin dəxi zikri namədə ittifaq düşər və hər tərəfdən qaiblərin zikri və zəmairi bir-birinə məxlut olur və bu cəhətdən kəlam bir mərtəbədə vüzuhdan düşüb sovuq və binəmək görünür ki, özünün mənzur olunan tə’sirini müxatəbin məzacında fövt edər.

Nadan iranlılar bu səyaqı şüruti-fəsahətdən sayırlar və bu mə’nadan qəfildirlər ki, həmin səyaq, təkəllüm səyaqına ki, vəz’i, təbiəti-bəşəriyyə müqtəzasınca olub iradi-bəhs və çunü çəradan əmindir, müxalif düşər və zəbti-ümur üçün nə şər’ məhkəmələrində dəftər var, nə divan məhkəmələrinin əksərində [*və həm də heç yerdə yazıların surətinin saxlandığı yer yoxdur], əgər bir niza ittifaq düşə, ya böyük ya kiçik, və şər’ ya divan məhkəməsində qət ola beş-on gündən sonra nisyən-mənsidir. Əgər bir qəribə iş ya bir hadisə, yaxşı ya yaman, vaqe ola, bir neçə müddətdən sonra müvərrix üçün onun bəyanı mümkün deyil, məgər bir para külliyyat ki, bə’zi məqamlardan bilarəbt və tərtib dəstgir olar. Şah Sultan Hüseynin İsfahan mühasirəsində əfqanlardan çəkdiyi müsibətləri və nə halətlərə düşdüklərini müfəssələn firənglər yazırlar, göstərirlər, İran əhli bilmir. Nadir xürucdan əqdəm nə imiş və nə qərar ilə dolanarmış və şüğlü və peşəsi nə imiş? İran müvərrixləri təfsilən bilmirlər, firəng müvərrixləri bilirlər. Evi yıxılmış Kürkçü oğlu Əşrəf Ğəlicayinin əvvəlinci cəngində Mehmandustda bir gunə tərhəndazlıq edibdir və Əşrəfi basmaqda bir günə hünər və fərasət göstəribdir ki, külli-ruyi-zəmində Adəmdən Xatəmədək heç bir sipəhsalardan ir belə hünər zahir olmuyubdur, Napolyon Bonapartdan başqa. Çifaidə, zalim müvərrix bir belə hünəri ancaq beş-altı kəlmə ilə bəyan edib, ona bəst və təfsil və şərh verməyibdir ki, sipəhsalarani-ayəndeyi-islam üçün sərməşq ola və olara dəxi bir belə həngamlarda Kürkçü oğlunun tərhi-cəngi və tədbiratı dəstaviz görünə. Zalim müvərrix bəyan etmir ki, Nadirin bu cəng vaxtında nə qədər qoşunu var idi, piyadəsi və səvarəsi nə miqdarda idi və topu və zənburəku necə idi və topları hansı qismdən idi və məhəlli-cəngin vəz’i nə qərar ilə idi və səvarə nə qərar ilə düzülmüşdü və piyadə nə qərar ilə ona mühit olmuşdu. Və Nadir özü və sərkərdəgani-mə’ruf harada durmuşdular və hər sərkərdəyə nə qisim buyruq verilmişdi və hini-cəngdə Nadir və halətdə idi və sərkərdələr nə edirdilər və fəthə ümdə bais hansı əməl oldu və hansı sərkərdə buyruğu dürüst bitirdi və cəng neçə saat tul tapdı və əmsali-zalik...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов