Həzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!

Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.

Sizin əziz və yüksək nəzərinizə çatacaq mənim məruzəmin məzmunundan məqsədimin nədən ibarət olduğu və nə istədiyim sizə məlum olacaqdır. Tarixlərdə gördüyünüz kimi, hələ indiyə qədər islam ölkələrinin heç birisində Maarif Nazirliyi olmamışdır. Allaha şükür olsun ki, şövkət sahibi olan bir padşahın dövründə İran məmləkətində Maarif Nazirliyi yaranmışdır.

Belə isə, əvvəllər misli görünməmiş bu nazirlik elə bir işə iqdam etməlidir ki, gələcək nəsillər də onun misilsiz olduğunu təsdiq etsinlər. İstər nəcabətinizə görə öz tay-tuşlarınızdan yüksək duran və istərsə də qüdrət və bacarığınıza görə də tac sahibi olan padşahdan sonra ölkənin ikinci adamı olan həzrət-əşrəfiniz, bu nazirliyin başında durursunuz. Sizə bu qədər mərhəmət göstərən Allaha şükür edib, borcunuzu əda etməlisiniz.

Mənim fikrimcə, şükür iki cür ola bilər: birincisi, Allahın yolunda fəqirlərə yaxşılıq edib, ehsan vermək yolu ilə yaxşı əməllərə iqdam etmək; ikincisi isə, dünyanı yaradan Allahın itaət və ibadətindən qəflət etməməkdir. Birinci növ şükrün, ikinci növ şükürdən üstünlüyü hər cəhətdən təsdiq edilir. Ona görə ki, cəlal sahibi olan Allahın bəndələrin ona ibadət etməsinə ehtiyacı yoxdur. Bu növ şükür etməyi avam adamları aldadan üsuli və şeyxi məzhəblərin ruhanilərinin öhdəsinə qoyaq, həzrət-əşrəfinizin nazir olduğu dövrdə xalqın tərbiyəsi yolu ilə onun səadəti, vətənin abadlaşması və ölkənin vəziyyətinin yaxşılaşması uğrunda bir iş görülərsə, bu elə bir xeyir iş olar ki, həm Allahın xoşu gələr, həm də insanlar onu bəyənər.

Həzrət-əşrəfdən xahiş edirəm ki, hər kəsdən artıq məlumatınız olan tarix səhifələrinə xəyalən müraciət edərək, görünüz, hicrətdən bu günə qədər islam şahları vətənimiz olan İrana, müsəlman şiə xalqımıza hansı yaxşılığı və ehsanı etmişlər. Onların qəfləti və səhlənkarlığı üzündən vətənimiz, sizin sənabınıza məlum olduğu kimi, ən acınacaqlı bir vəziyyətə düşmüşdür. Xalqımızın vəziyyəti isə elədir ki, onu düşündükdə insan ağlamaq istəyir. Hər il xalqımızın imamların müsibətində tutduğu təziyə həqiqətdə, insanların öz bədbəxtliyinə ağlaması deməkdir. Ölkədə dövran sürən keçmiş padşahlar yeyib, içib, geyinib ölmüşlər. Lakin əllərindən bir iş gəlməmişdir. Yəni hökmranlıqdan ancaq öz şəxsi zövqlərini oxşamaq üçün istifadə etmişlər. Gələcəkdə iş başına gələn padşahlar bu cür sələfləri nə üçün təqlid etsinlər? Onlar ölkəni idarə etmək və xalqı sevməkdə nə üçün gərək Böyük Pyotr və Böyük Fridrix kimi olmasınlar ki, sağlıqlarında xalqın sevimlisi və öldükdən sonra adları tarixin bəzəyi olsun? Bir insan üçün az müddət davam edən həyatı boyunca bundan da yüksək mənəvi ləzzət ola bilərmi?

Mən xalqın elə bir üzvüyəm ki, fikrimi xalqa çatdırmaq üçün davat və qələmimdən başqa heç şeyə əlim çatmır və əlimdən gələn hər işi görmüşəm. Yəqin xalqımızın yüksək nəsəbli böyüklərindən olan cənabınız, köhnə əlifbanı dəyişmək haqqında mənim fikirlərimi diqqətlə oxuyacaqsınız və əlifbanın dəyişilməsinin nəticələrini öz gözünüzlə görəcəksiniz.

Mən əminəm ki, köhnə islam əlifbasını yeni yazı ilə əvəz etmək haqqında mənim fikirlərimi həyata keçirmək yolundakı səyinizlə, məyusluq və naümidliyə hədəf olan kədərli könlümü sevindirib, minnətdarlığıma səbəb olacaqsınız. Həzrət-əşrəfdən xahiş edirəm ki, öz mübarək rəyinizi bu xüsusda yazaraq, Əli xanın vasitəsilə mənə çatdırasınız!

Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı, Tiflis şəhəri

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hüseyn xan Nizamüddövləyə

Xaqanın yaxın adamı və cəlal sahibi olan cənab, səadətiniz əbədi olsun!**Tehran şəhərində Hüseyn Nizamüddövləyə yazılmışdır.*

4 мин
Əbdürrəhman ağaya

Məcdətli Dusti-mehriban Əbdürrəhman ağa cənabları, iqbalınız daimi olsun!**Allah şahiddir ki, sizin səadətmənd olmağınızın xəbəri həmişə məni ilaqeyrənnəhayə məsrur eləyibdir. Xüsusən bu ovqat Hacı molla Məhəmməd əfəndi sizin tərəqqiyatınızı təqrir edib, ziyadə xatirimin fərəhinə bais oldu. Lihaza bu fürsəti qənimət bilib həmvətənliyimizi yad və qədimi dostluğumuzu təcdidinə iqdam edirəm. Keçən sənənin cəmadiyəl-əvvəl ayında, yəni məsihiyyə tarixinin dekabr ayında sənə 1857-də sərkar şərafətmədar canişini-Qafqazın icazəti ilə onun vəziri cənab general Kruzenştern dövləti-behiyyəyi-Rusiyyənin İstanbulda müqim olan vəziri-muxtarı cənab general Butenova mənim əlsineyiislamiyyənin təhsili üçün təlif etdiyim əlifbanı tərsil edibdir ki, övliyayidövləti-Osmaniyyənin mülahizəsinə məruz etsin. Çün o vəqtdən bu zamana qədər əlifbayi-məzkurun xüsusunda heç bir xəbər İstanbuldan mənə vüsul olmayıbdır, ona görə də nigaran qalmışam, bilmirəm ki, aya, mənim əlifbam övliyayi-dövləti-əliyyeyi-Osmaniyyənin mülahizəsinə məruz olunubdur, ya yox? Lihaza, cənabi-məcdətməabınızdan kəmali-etimad ilə təvəqqe edirəm ki, mənim xatirimin şadlığı üçün bu məktubun vüsulunda hümmət edib, hər növlə səlah görsəniz, təcəssüm və təhqiq edəsiniz ki, aya, mənim əlifbam vizarəti-dövləti-behiyyəyi- Rusiyyədən övliyayi-dövləti-əliyyənin mülahizəsinə məruz olunubdurmu və əgər məruz olunubsa, onun ərbabı-mərifət və məşvərətində mülahizə olunmasına ehtimam göstərəsiniz və bu xüsusda xəbəri-sərih və fərəhəngiz yazıb yenə Hacı molla Məhəmməd əfəndinin vəsaiti ilə mənə yazasınız. Mən sizdən həmişə razı və xoşnud olmuşam, bu dəfə dəxi gərək həmvətənliyi və qədimi dostluğu mənzur edib məni özünüzdən xoşhal edəsiniz və sizin ittilaınız üçün əlifba kitabçasının dibaçəsi və əşkali-hüruf və xətti-cədidə yazılan bir qitə bu məktubun zimnində infaz olunur. Əgər padşahani-islam bu xətti-cədidin intişarına ehtimam göstərsələr, hər ayinə külli-firqeyi-islam nikbəxt olacaqdır. Məlum ola ki, bu əlifbanın kitabçasından bir cild dövləti-əliyyeyi-İrana və beş cild Firəngistanın mümtaz dövlətlərinə ki, onlar da mədrəseyi-əlsineyiislamiyə məmurdur, irsal olunubdur. Baqi cavabınıza müntəzir qalıram.

2 мин
Tehran əmirlərindən birinə

Kapitan Mirzə Fətəli Axundzadə tərəfindən darül-xilafeyi-Tehran əmirlərindən birinə yazılmış məktubun surəti**Bu ilin rəbüəssani ayında şərafətli sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan islam yazı qaydalarını dəyişdirmək barədə mənim yazmış olduğum bir kitabçanı İranın xarici işlər naziri cənablarına göndərmişdir ki, dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırsın.

3 мин
Şöhrət sahibi olan alicənab!

Hərçənd ki, mən şöhrət sahibi olan cənabınızla görüşüb tanış olmamışam, lakin cənabınızın vəsfini dönə-dönə uzaqdan eşitmişəm və şəxsən sizin fəzilətinizlə tam mənada tanışam, cənabınızın əsərlərindən bəzilərini görmüşəm. Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah bir insan olduğunuzu bir neçə il bundan əvvəl Qazanda cənabınızın tələbələrindən biri olan Mirzə Qafardan çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-əliyyeyi-İranın Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan, Peterburqdan qayıtdıqdan sonra cənabınızı daim tərifləməkdədir. Bu söylənilən səbəblərə görə cənabınıza qayibanə olaraq böyük bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm. Pak Allahın özü elə bir təsadüf salsın ki, sizinlə görüşmək feyzi mənə də nəsib olsun.Elə güman edirəm ki, şöhrət sahibi olan cənabınız da mənim adımı eşitmiş olarsınız. Avropa yazıçılarının üslubu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes yazmışam. Rusiya xalqları və Avropa camaatından bəziləri məni bu əsərlər vasitəsilə tanıyırlar. Son zamanlarda islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, haman dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim. Odur ki, bu barədə bir kitabça yazaraq Osmanlı və İran dövlətləri başçılarının nəzər-diqqətinə təqdim etmişəm. Avropa dövlətlərindən hər birinə də haman kitabçadan birər nüsxə göndərilmişdir ki, onların elmi müəssisələrində bu yeni əlifba müzakirə olunsun, mərifət sahibləri bu xüsusda öz fikirlərini məsləhət üçün söyləsinlər.

2 мин

Стихи других поэтов