1872-ci il mart ayının 29-da Ruhül-qüdsə yazılmış başqa bir məktubun surəti

Ruhi-rəvanım, Ruhül-qüds!

Bu nə xətdir ki, mülahizə üçün mənə göndərmişsiniz? Məqsədinizi anlamıram və bilmirəm qərəziniz nədir? Bu, həmin xətt, həmin şəkillərdir ki, bizim varımızdır. Yəni özümüzün dörd cür hürufat şəklindən biridir ki, zəhləm onların üzündən gedir! Barı, kağız da yazmamısınız ki, bu müqəddimənin dalınca nə fikirdə olduğunuzu aydın bilək. Hər halda, mən öz fikrimi sizə deyirəm, qulaq asın!

Cənab Ruhül-qüds!

İstanbulda bir dostum var ki, onu canımdan əziz tuturam, adı Melkum xandır. Həmin Melkum xan bir neçə müddət bundan qabaq, Hacı Şeyx Möhsün xanın qardaşı Məhəmmədağanın vasitəsilə Şarl Missmer adlı bir nəfər fransız aliminin bütün yer üzü xalqlarının əlifbaları barədə fikir və tədqiqatının nəticəsi olan bir şərhi mənə göndərmişdir. Həmin alim xətləri üç qismə bölmüşdür: heroqlif, sillabi və alfabeti. Heroqlif çinlilərin yazısıdır. Silla bi bizim xəqtimizdir ki, sağdan-sola yazılır. Alfabeti avropalıların xəttidir ki, soldan-sağa yazılır. Həmin fransız alimi bu üç növ əlifba haqqında danışarkən, çox düzgün və qəti dəlillərlə alfabeti əlifbanın heroqlif və sillabi əlifbalardan üstünlüyünü sübut edir. Afərin belə alimə!

Hazırda mən bu alimin sözünü hər cəhətdən təsdiq edirəm və onun fikrini hər cəhətdən üstün tuturam. Soldan-sağa yazılıb-oxunan sözlərin tərkibində bütün sait hərfləri samitlər sırasına daxil olan və bütün nöqtələri atılmış olan alfabeti əlifbadan başqa, heç bir xəttin hərflərini qəbul etmirəm və heç vaxt da qəbul etməyəcəyəm. Əgər islam xalqları alfabeti xətti Şarl Missmerin söylədiyi tərzdə və keçmişdə Melkum xanın tərtib edib, mənim mülahizəmə göndərdiyi şəkillər əsasında qəbul edərlərsə, məqsəd əldə edilə bilər. Əgər belə olmazsa, qoy, qiyamətin gününə qədər özlərinin köhnə sillabi əlifbası ilə birlikdə sırf cəhalət girdabında qalsınlar. Vəssalam, nəğmə tamam!

Cənab Ruhül-qüds! Olmaya, siz Melkum xanı tanımırsınız və Şarl Missmer əhvalatını bilmirsiniz? Yoxsa siz alfabeti yazını görməmişsiniz? Elə isə, xahiş edirəm Şarl Missmerin şərhini oxuyasınız!

Cənab Ruhül-qüds!

Zarafatı bir yana qoyaq! Nə üçün əvvəlki əqidənizdən əl çəkirsiniz? Nə üçün millətimizin müxalifətindən qorxursunuz və çalışırsınız ki, min cür fənn və hiylə ilə müasirlərimizin təbiətinə nüfuz edəsiniz? Bəlkə də, bu fənn və hiylədən məqsədiniz soldan-sağa yazılıb-oxunan və keçmişdə hərflərinin çox gözəl və səliqəli şəkillərini düzəldib, nəzərdən keçirmək üçün mənə göndərdiyiniz alfabeti əlifbanı müxtəlif tədbirlər vasitəsilə yavaş-yavaş millətin boynuna bağlamaqdır? Əgər belədirsə, mən sizin məqsədinizə qol çəkirəm. Əgər elə bir fikriniz var ki, axmaqların və korların xatirinə, anlamazlara yaltaqlanmaq üçün yenə də sillabi xətti saxlayasınız, işin əvvəlində bəzi yersiz vahimələr üzündən mənim etdiyim kimi, bir sıra islahatla sillabi xətti mühafizə edəsiniz, o zaman mən sizin fikrinizə şərik deyiləm! İxtiyar sahibisiniz, nə istəyirsiniz edin! Yaxşı ki, mənim ilk təşəbbüsüm nəticəsiz qaldı. İndi çox şadam ki, o xətti qəbul etmədilər. Mən də Şarl Missmerin şərhinin farsca tərcüməsini nəşr etdirəcək və onun fikrini müdafiəyə çalışacağam.

Yəqinimdir ki, müasirlərimiz bununla razılaşmasalar da, şübhəsiz ki, xələflərimiz bu fikri təsdiq edəcək və məndən sonra onu sözdən əmələ keçirəcəkdirlər. Vəssalam.

Cənab Ruhül-qüds!

Deyirlər ki, sizi İrana dəvət ediblər. Deyirlər ki, siz yaxın günlərdə Tiflis yolu ilə keçib İrana gedəcəksiniz. Əgər Tiflisdə başqa mənzildə düşməyi nəzərdə tutmamışsınızsa və əgər buradan keçib gedərkən mənim evimdə mənzil etsəniz, son dərəcə sevincimə səbəb olarsınız. Sizin kimi əziz və qiymətli bir qonağa hər cür hörmət və qonaqpərvərlik qaydalarını yerinə yetirmək mənim tərəfimdən layiqincə icra olunacaqdır.

1872-ci il, mart ayının 29-da Tiflisdə, qar-
daşınız kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

[Nəzm və nəsr haqqında]

Hər dilin təkəllümü və kitabəti qərari-mütəarif üzrə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləzzətənduz və mütəəssir olmaq üçün təkəllüm və kitabət şe’r ilə olur. Şe’r gərək laməhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə tə’sirə bais ola. Əgər olmasa, sadə nəzmdir. Və şe’r təbaye və adata və istilaha qərib əlfaz və məzamin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdandır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzih və təsrih və sair mühəssənat. Əgər bunun xilafınca deyilsə, məzaci-müstəme’də onun eşitməyindən heç bir gunə təğyir hasil olmaz. Bu cəhətdəndir ki, əksər qəzəliyyat məzaci-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir. Bəs mə’lum oldu ki, şe’r əgərçi nəzm ilə olur, amma hər nəzm şe’r deyil. Məsələn: bir para mətalibi sühuləti-hifz üçün və hüsni-təbyin üçün nəzmlə zikr edərlər. Əlbəttə, belə nəzmlərə şe’r və naziminə şair demək xətadır.Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şe’r ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər. Şe’r əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyətişair xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əş’arın artıq zinətinə bais olar. Belə maddə sahibləri çox nadir vücuda gələrlər. Əhli-fürsdən ancaq Firdövsi və Nizami və Cami və Sə’di və Mollayi-Rumi və Hafiz şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu ediblər. Belə məqamlarda onların xəyalatına da şe’r demək caiz deyil, ancaq mənzumati-məqbulə və pəsəndidə demək olur. Şe’r dərəcəsindən əsfəl, bunlardan masəva sairlərinin hərgiz şe’r maddəsi yoxdur. Ancaq sənətkardırlar ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq haman əlfazı rişteyi-nəzmə düzürlər və hərgiz nəzmlərində bir tə’sir yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmunu-səhih dəxi tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri fürs arasında bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsənələrə şair demək qələtdir.

3 мин
Mollayi-Ruminin və onun təsnifinin babında

Məxdumi-mükərrəmi-mən, şeyxül-islam!Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin.

5 мин
Kritika

YÜKSƏK İRANIN “MİLLƏT” QƏZETİ MÜNŞİSİNƏ*Əziz qardaşım!

187129 мин
Mirzə Ağanın pyesləri haqqında kritika

Mehriban qardaşım, Mirzə Ağa! Allah ömrünüzü uzun eləsin.Sizin şirin məktubunuz gəlib yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm. Ümid edirəm ki, həmişə vaxtınızı fransızların istilahınca “d r a m a” fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz və bu fəndə qeyri vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız.

14 мин

Стихи других поэтов