Gəl olma riza didəsi xunbar ola Zeynəb,Məzlum Hüseyn! Şümrə giriftar ola Zeynəb.

Bu qədr bəla dağinə yox tabü təvanım,Ləb təşnə verüb canini sərdari-cəvanim,Pəs lazimədür həşrə kimi-ruhi-rəvanım,Həsrətkeşi-didari-Ələmdar ola Zeynəb.

Düşsə güzərün qətlgəhə, kani-mürüvvəl,Əbbasə belə ərz edərəm baqəmü möhnət,İnsafdü, ey sərvəri-din, sahibi-qeyrət,Şam içrə gedüb rövnəqi-bazar ola Zeynəb?

Pərvanə kimi atəşi hicranuva yannam,Əyyami-vüsali eləyüb fikr, dayannam,Zülfimi tökb nə-şüvə, al qanə boyannam,Qan ilə gərək arizi gülnar ola Zeynəb.

Bir ah çəküb verdi cəvabun şəhi-dövran,Yandırdı məni sözlərün ey bikəsü nalan,Gər çarəm ola, razi degül canimə Canan,Çöllərdə qalub zarü diləfkar ola Zeynəb.

Lazımdu bu can eşqdə al qanə boyansun,Gülzari-vəfa xuni-vəfa ilə sulansun,Meydanda gərək şəmimə pərvanə dolansun,Ol mərkəzün ətrafinə pərgar ola Zeynəb.

İmd düşəcək xakilə xunə təni-xəstə,Qətlimə hücum avər olar dəstə bə dəstə,Lazımdu, gəlib qətlgəhə nə-şimin üstə,Başinə salub qarə əzadar ola Zeynəb.

Ərz eylədi: Çün qarət edər xeyməni ləşgər,Bir qarə tapılmaz ki, salam başimə mə-cər,Qoymaz məni əfqan eləyüm Şümri-bədəxtər,Ta nə-şüvün üstündə gühərbar ola Zeynəb.

Çox zülm edəcəklər məni-məzlumü fikarə,Çoxlar vuracaq sinəmə şəmşir ilə yarə,Üç gün-gecə nə-şim qala qoymazla məzarə,Qüdsi kimi matəmdə gərək zar ola Zeynəb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви