Əlində titrərkən o nazik tellər,Sonsuz həyəcanla titrədi qəlbim.O incə, o şirin, dadlı nəğmələr,Fələyə qaldırdı ruhumu mənim.Eşqin yüksəldifərəhlə bir an.Şövqə gəldican.Qoy açsın qanad,sənin xəyalın.Bir an da olsa qoy gülsün bu həyat,Məst etsin qəlbimi gözəl camalın.Hamıdan xoşbəxtəm bu dünyada mən,Səninlə bağlıdır bəxtiyarlığım.Əqlim də sən oldun, düşüncəm də sənSənsiz nəyə lazım mənim varlığım?Hüsnünün nurunu gördükdə bir dəm,Könül qaldı mat.Sanasan dövrəmdə rəqs etdi aləm,Bütün kainatbir nəğmə oldu,Füsunlu ahənglə qəlbimə doldu.Mən səni araram ey əziz nigar,Qoyma ki, arizum qəlbimdə qalsın.Təbiət məst olub bizə oldu yar,Çalışır tez bizi ağuşə alsın.O şaqraq səsindəMəlahət vardır,Ürəyim səninləNə bəxtiyardır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов