Tatar nəğməsi
Qız:Qalanın dibində durmuşdur yarım,Əynində bahalı arxalığı var.Qırmızı mahutun altından onunMavi rəng köynəyi gün kimi parlar.Məni danlamayın töhmət vurmayın,Deyiləm eşqimdə zərrə günahkar.Əbədi sevirəm onu ürəkdən,Deyildir əlimdə mənim ixtiyar.Atma daş, yarımdan mən aralıyam,Onsuz da ürəkdən mən yaralıyam.Bütün el geymişdir bayram paltarı,Tək qana batmışdır mənim ciyərim.Divarlar dibində narlar sulanmış,Əl çatmaz narlardan birini dərim.Nəyimə lazımdır başqa bir oğlan,Ondadır tək mənim fikrim, nəzərim.Qaranlıq gecədə basıb bağrıma,Nazlardım, gülüncə nazla səhərim.Atma daş, yarımdan mən aralıyam,Onsuz da ürəkdən mən yaralıyam.İravan dağları ayırmış bizi,O qarlı dağları bürümüş duman.O gözəl işvəli gürcü qızları,Ürəyi ovlayar bircə baxışdan.Ah, məni səfalı o şən diyarda,Bir söylə unudub atmayacaqsan?Mən sənin eşqində sədaqətliyəm,Səndəmi eşqinə sadiqsən, oğlan?Atma daş, yarımdan mən aralıyam,Onsuz da ürəkdən mən yaralıyam.Buraya belə bir xəbər gəldi ki,Orada qanlı bir müharibə var.Deyirlər pusquya girmiş səngərdə,Çox böyük hünərlə bizim oğullar.Gözlərim yollarda qalmış amandır,Öldürər məni bu ağır intizar.Yavaşdan allaha dua edirəm,Yarımı sən saxla, ey pərvərdigar!Atma daş, yarımdan mən aralıyam,Onsuz da ürəkdən mən yaralıyam.Oğlan:Duyğusuz daş kimi qala dibində,Uzanıb arzuyla mən də yataydım,Ya bir kəs gələndə sizin tərəfə,Arxadan mən ona qaçıb çataydım,Belə bir gözəlin qardaşıyla mən,Oturub səmimi ülfət qataydım.Qalanın dibində üç ağac vardır,Nə olar onlara bir daş ataydım.Mənim də Züleyxam məlahətlidir,Yanağı qırmızı almaya bənzər.O mənə qol açıb, gəl deyir aman,Açılmış döşünə dəyməsin nəzər.Sinəsi üstündə göyə əl açıb,Edəydim allaha dua hər səhər?!İlahi, sən saxla onu bəladan.Amandır, qoyma yar olsun mükəddər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bakixanov-tatar-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dörd heydən bir yerdə olmasa asar,O yerin əhlini bil əhli-məzar.
Güldür bu? deyil, gül belə xəndan olmazGüldür bu? deyil, gül belə xəndan olmaz,Gündürmü? deyil; gün gecə rəxşan olmaz.
Bu şəhin zatini haq məzhəri-tofiq etdiBu şəhin zatini haq məzhəri-tofiq etdi,Namini çünki Qədir isminə tətbiq etdi.
ZeynəbGəl olma riza didəsi xunbar ola Zeynəb,Məzlum Hüseyn! Şümrə giriftar ola Zeynəb.