Sən ağlaya-ağlaya gəldin həyata,Gedərkənüzündə həm təbəssüm vardı,həm də kədər...Qəbrinin başında duranlarbunu duya bilmədilər.Özün də bilmədin yəqin,dünyada sevincin çox oldu,yoxsa qəmin.Kimi “nakam” deyib ağladı.Kimini də boğdu qəhər.Yüz il yaşasaydınbəlkə “nakam” deməzdilər.Yazıq babam.Nə idi səninbu həyatdan alacağın kam?Gəldin,ağlaya-ağlaya.Getdin,Təbəssümün kədər boyalı.Özün de,biz nəyə yozaq bu halı?Əziz babam.Bu vida çağındahəyatını bir də yadına salsambilmirəm, razı qalarsan məndən,ya gileyli.Fəqət,nə etməli...Bəlkə bir günmənimi də qəbrim başındadayanaraq nəvəm belə,həyatımı düşünə-düşünəvidalaşacaq mənimlə...Nə zaman ki, uşaqdın,həyata əyləncə kimi baxdın.Nə yanmağını bildin,nə donmağını anladın.Nə taleyindən küsdün,Nə də bəxtini danladın.Böyüdün,böyüdü dərdin də, əzabın da.Sən səadət axtardınhəyatın iztirabında.Qolunun qüvvətini,qəlbinin odunu,beyninin nurunu taladıbir parça çörək.“Bunlar ötəridir...” dedin.“Ağ gün qabaqdadır bəlkə...”Ah, bu “bəlkə”lərə nə deyək...İşlədin, işlədin...Yorulmaq da bilmədin,dincəlmək də.Yadından çıxdıdərddən ağlayıb,sevincdən gülmək də...Bir gün gücdən düşəndəyeni həsrətlər doğdu sinəndə:Bir isti koman olaydı,bir yanan ocağın.Kaş, bir işin olaydı,ya bir parça torpağın...Neçə il də çalışdınbu həsrətləQovuşduqca həsrət həsrətlə,Üzündə kədər,dodaqlarında təxəyyül aləminin təbəssümüGetdin bu dünyadan.Səndən qabaq getmişyüzləri, minləri kimi.Gəldin... Getdin.

Özün də bilmədin niyə, neçin.Həyatda əzabın çox olduYa da sevincin?!Axı sən insandın.Əli, ayağışüuru, təfəkkürüöz yerində olan insan!Niyə bəs bu həyatdanbelə ayrılırsan?Axı səbəb nəydi?Niyə həyat qəddini belə əydi?!Əzildindəyirman daşı altına düşmüşbuğda dənəsi kimi,niyə?Sən nə istəyirdin ki,həyat saldı səni məngənəyə?Yaşamaqçın doğuldun,adına “insan” dedilər,Fəqət,sən ömrün günlərini daşıdınbeşikdən qəbrə qədər...İndi qəbrə qoyuruq səni...Əzablar, işgəncələr,arzular, ümidlərhər şey bitdi tamam.Görəsən dünyaya niyə gəlmişdin,niyə gedirsən...Yazıq babam.Yazıq babam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов