İbrahim Topçubaşova

Sən mənə inam verdinümidsizlik boğurkən məni.Hələ də unutmamışamo gün mənə röya kimi gələngörkəmini...Ağ xalatın,tənzif yaşmağın,rezin əlcəyin,rezin başmağınhələ də yadımdadır.Çırağın altında bərq vuran,bıçağının ovxarı,qanımı donduran iynələrin qarı,hələ də yadımdadır...Yadımdadır,təsəlli, tərif dolu,qayğılı sözlərin də.Yadımdadır,tər damlaları düzüldükcə üzündəmənə baxıb gülməyin belə.Hər şey, hər şey yadımdadır,unutmamışam hələ...Unutduğum,ümidsizliyin üstümə saldığı kölgədir,Bir də sarğı otağındanÇıxarıldığım o an.Qalan nə varsa xatırlayıram tamam.Sən mənə ümid, inam verdin,Həyatda inamla yaşayıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов