Çinardan bir yarpaq qopdu
Sapsarı, zəfəran rənginə çalanBir çinar yarpağı qopdu budaqdan.Titrəyə-titrəyə endi torpağa,Torpaqdan yaranan döndü torpağa...Bir yarpaq budaqdan ayrıldı, düşdü,Bir dünya, bir ömür mənə danışdı.Bir yarpaq kimiyik həyatda biz də,Bizim bu dünyaya gəlişimizdəGünəşin, torpağın, suyun hökmü var.Hərə öz fikrincə bunu anlayar,Sarı yarpaq da,Nə qədər budaqdan ayrılmamışdıBilmirdi dünyada payızdı, qışdı.Bilmirdi necə də saralıb rəngi.Bilmirdi payızın soyuq küləyiNecə amansızdır, –Qoparır onu,Haraya istəsə aparar onu...Bunları bilmirdi o sarı yarpaq.Nə qədər doğmaydı o kiçik budaq...Gəlir xatirinə baharda necəBülbül dimdiyi tək balaca, incəYaşıl dodağını günəşə açdı,O, şəfəq də içdi, şəbnəm də içdi.Torpaq da qəlbindən qan verdi ona,O, necə sevindi doğulduğuna...Böyüdü, böyüdü, bilmədi ancaqBir gün bu nemətlər sona çatacaq.Zamanın hökmündən sarsılacaq o,Bir səhər budaqdan ayrılacaq o.Titrəyə-titrəyə düşəcək yerə.Nə qədər yarpağa qarışacaqdır.Neçə məna çalan bu titrəyişləÖmrün günlərini danışacaqdır:
Birinci məna
Ömür nə gödəkmiş, həyat nə şirin,Əli bu dünyadan üzülənlərinQəlbini titrədən bir məna budur.Həyatı duymamış saralıb-solur...
İkinci məna
“Gəldim, zəmanəylə üz-üzə durdum.Bilmədim nə zaman, niyə doğuldum.Gedirəm, bilmirəm, vaxtlı, ya vaxtsız.Birimiz haqlıyıq, birimiz haqsız.Dünən yaşamaqçün mənə haqq verən,Yaşamaq haqqımı alır əlimdən...”Bəlkə titrəməyin mənası budur?Həyatdan belə də ayrılan olur...
Üçüncü məna
“Niyə tələsmədim, görəsən niyə?!Yaşadım – birtəhər ömr edim deyə.Niyə bilmədim ki, doğulduğum günHəyata gəlirəm mən ölmək üçün.Bir insan ömrünün sahili bəlli:Bir yanı niskildir, bir yan təsəlli.Elə bil səyyahdım, gəzdim dünyanı,Qayıdıb gedirəm,Təsəllim hanı?Günlərin əlində talandı ömür,Mən kimi qınayım, günah məndədir...”Bu da bir mənadır, bir həqiqətdir,Etiraf özü də böyük nemətdir...
Bir payız səhəri...Qopub budaqdanBir çinar yarpağı endi torpağa.Mənsə heyran-heyran durub uzaqdanBaxırdım titrəyib düşən yarpağa.Budağı ömürlük tərk edirdi o,Sanki bu gedişi dərk edirdi o,Bəlkə də bununçün əsirdi zağ-zağO sarı yarpaq...
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-cinardan-bir-yarpaq-qopdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
Neyləyim, ey dil kiNeyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.
Təbrizim mənimI**Başı Səhənd çalmalı,
AnaPayız tək qucağı bəhərlə dolu,Yay kimi qəzəbi, sevinci odlu,
Стихи других поэтов
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Dönük qardaş1944-cü ildə Ana yurda sığınıb, sonradüşmənlərə təslim edilən və ruslar tərəfindən
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.