Elə oğul istəyir vətən
Gecədən xeyli keçmişHələ qurtarmamış mübahisəmiz.Filosof dostumla bizNeçə bağlı papiros çəkmişikBir samovarı boşaltmışıq.Qanun və hisslərlə doluMübahisəniGecə yarısınadək uzatmışıq.Fəqət Çin hasarı kimiNə axırı görünür, nə nəticəsi,Nə qədər uzun olsa daPayız gecəsi, –Məğlub ordunun əsgəri təkUlduzlu paqonları çıxarıbBir-birAtır yeni doğan səhərin ayağına,Gecə əriyir.Ay bir qılınc kimi girir qınına...Dostum tarlaşmış eynəyiniHovxurur,Silir,Yenidən taxır...Sonra eynəyin üstündən mənə baxır:– Bəli, – deyir –Şair olsan daYəqin bilirsən“İks”i kökdən çıxarmağı!
Cəmiyyət də belədir.Öz qanunu var..O qanunla getməsənNə xalq azad olar,Nə də “iks” kökdən çıxar...Qulaq asıramFilosof hey qanundan danışır.Daha səbr kasası daşır.Düzü əhvalım da qarışır.Bir söz demək istəyirəmBu formullar mücəssəməsinə,Ancaq dilimin ucundan qaytarıram yenə.Lənət sənə, kor şeytan...– Qardaş, saxla bu mühazirəni!Vaxt gələr oxuyarsan tələbələrinə.İndi qulaq as mənə:Faruq ehkamlar ölkəsindən qovulanda,Feysəlin sinəsi qurğuşunla ovulanda,Xalq taxtından salanda istibdadı,De görüm formullar pozuldumu?!Ya pozulmadı!İyirminci əsr, altmış yaşlı –Ağ saçlı bir qoca:25 dəfə səfərə çıxdıAfrika boyunca.Neçə xalq qurtardı qara gündən,Neçə dövlət istiqlal aldı.Görən “iks” kök üstünə çıxdımı!Ya yenə də kök altında qaldı?Neçə ildir ƏlcəzairdəDəyənəkli fransızlarHaqqını istəyənlərin fəryadınıTəpiyi ilə boğur.Görəsən buCəmiyyət qanunlarınınHansına uyğundur?!İran müstəşarxanədir
“Məsləhətləş, sonra danış...”İşə bax,Firdovsinin nəsliGəlmələrin fikrinə möhtac imiş.İndi elə bir zamandır ki,Sədlər dayana bilmirÜmmanların dalğasına.Ağalar özləri səs verirMüstəmləkə dünyasının dağılmasına.Azad olurAğlar, qaralar.Fəqət bizim AzərbaycandaOrta əsrin bidətləri var.Düşünürsən,Fikirlər qızarmış dəmir təkBeynini yandırır,Əlini yandırır,Dilinə alırsanNəfəsin od tutur,Dilini yandırır...İyirminci əsr ayaq tutduğu gündənÜç dəfə şahla üz-üzə duran,Üç dəfə hökumət quran,Öldürən, ölən,Döyüşdə üzü dönməyən,Azadlıq üçün torpağa düşən,Fəqət ayaqlarda sürünməyənBir xalqınHaqqını qəsb etmiş ağalar,Nə ana dilində məktəbi var.Nə də əlifbası.Budur Tehranın qisası...“Milləti-qəyyur...” deyəKürəyinə əl vurubDilini kəsirlər bir millətin.Görək kim qanıyla bahasını verəcəkBu cinayətin!
Şərq xitabət kürsüsünə qalxdığı,Qaralar ağların hakimiyyətini yıxdığıBir zamandaAna dili qadağan olmuş Azərbaycanda.Bir həddinə baxın zülmün...Səfəvilərin qanun yazdığı diləKilid vurmuş cəlladın birisi.Baxırsan,Nə dili söz tutur,Nə dəBeş qara pula dəyərDərisi...İndi dilimiz “məhəlli”Nəğməmiz “məhəlli”,Özümüz “məhəlli” olmuşuq.Nizamisi dünyaya sığmayanBir xalq,Bir məhəlləyə dolmuşuq!Bir həddinə baxın zülmün!Gör nə günə qaldıBütün İrana məşrutə verənSərdarın nəvəsi!Bax, budurİyirminci əsrinƏn böyük faciəsi!!!Filosof dostum,De görümCəmiyyətin hansı qanunuBizə rəva gördü bunu!Yox, dostum,Yox!Bu qayda,Bu qanun,Rəvayətdir.Haqsızlığa qarşıQılıncların tiyəsi,Bir də “topların səsi
Həqiqətdir...”Filosof dostum!İndi elə oğul istəyir vətənDüşmənlərin başınaAlov töksün dilindən.Qalxıb Savalan dağınaBir millətin dərdiniBütün Şərqə bağırsın.Qoy qoca Şərq eşitsinDili bağlı,qolu bağlı,Sinəsi çarpaz dağlılarınsəsini...Qoy bilsinAzərin taleyilə oynayan ağalar;Kül sovuşmamış!Köz sönməmiş!Odla oynayanınYa əli,Ya də saqqalı yanar...İndi elə oğul istəyir vətənO, Səttarxan ürəkli,Xiyabani nəfəsli,Möcüz niyyətli olsun.Qılıncının odundan,Sözünün qüdrətindən,Şerinin siqlətindənDüşmən el-el qovulsun!Ey filosof dostum!İndi elə oğul istəyir VətənFüzulinin “nəzmi-nazik”Yazdığı dildəYadlara meydan oxuya bilsin.Xətai qılıncıylaNeçə top zəncirini qıra bilsin.On nəfərləMin nəfərə qarşıDura bilsin.Axı, böyük olur“Kiçiklər”in dərdi.Gücü düşən,Sözü ötən,Bir yara vurur.Dinməsən ağzın tıxanır,Vurmasan qolun burulur.Dənizlər kralıZəncilər “sahibi”.Bir zamanSüngü gücünəŞərqə soxuldu.“Həddi-buluğa çatmamış” deyə,Neçə ölkənin“Hamisi” oldu.Kral neçəncininXəzinədar LorduNeçə xalqın istiqlalınıBüküb qoydu polad seyfə,Bank kağızı tək.Səsi çıxana“Dinmə” dedi –“İstiqlalın xətərdədir...”“Dinsən xortdan yeyəcək...”Filosof qardaş,Bizdə belə məsəl var.“Qonşuya ümid olanŞamsız qalar...”Kim öz dərdinə qalmasa,Kim haqqını almasa,Qapını döyüb gətirməzlər– Buyur hürriyyət payını!Ümmanda naqqallar udan balıqlarınKim eşidir harayını?!İndi zamandır.Elə oğul istəyir vətən
Dişilə zənciri qıra bilsin,Süngü qabağındaSinəsilə dura bilsin.Ağır tankları əritsin nəfəsi,Top gülləsindən uzaq getsinHaqq deyən səsi...Bir əli İsfahanda olsun,Biri Mahabadda.Neçə görkəmdə,Neçə addaMilləti toplaya bilsinBir bayraq altına.Qoy İran yenidən qalxsınİnqilab atına.Bir yumruq kimi birləşsinSözün,Qılıncın,Şerin qüdrəti.Azadlıq təşnəsi millətiApara bilsin ardınca.Həsrətdə saralıncaSəngərdə ölməyə kim razı olmaz?Kim?!Filosof dostum!Cəmiyyət qanunununPozulsa da bir bəndi,İnan,Dünya məhvərindən qopmaz.Nə də“İks”ə bir xələl gələr.Əvəzində xalq hakimiyyəti düzələr.Bilirəm o zamanSən də bir yol tapıb“İks”i çıxararsan radikaldan.Axı xalq hakimiyyəti,İnsan səadəti,Daha müqəddəsdir.
Qanunu kəmənd eyləməkƏbəsdir.Filosof olsan daBilirsən bunu;Cəmiyyətin ən böyük qanunuAzadlıqdır...Qalan qanunlarınHamısı artıqdır.Filosof dostum,Razısan deyəsən!Düşünəndə bir az,Axı başqa yolu yoxdurBəşəriyyətin!Nə qədər gücsüz olsa daSəsini boğub,Radikalını almaq olmazBir millətin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-ele-ogul-isteyir-veten
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Qızıl lələk nağılıkalmık xalq nağılı əsasında*Keçmişlərin birində,
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.