– Qurtardı bugünkü verilişlərimizDinləyin sabahın proqramını. ...Hələ ki, bu günüm bitməyib...Nə tezSabaha keçirsən?İnsafın hanı?Sabaha caladın nə tez bu günü?Ölməmiş sən ona kəfən biçirsən.Tamam yaşamamış günün ömrünüİndidən sabaha niyə keçirsən?

Yatmaq istəmirəm... Keçmə sabaha!Gecənin ömrünü uzadaq bu cür.Gənclik müftə imiş, qocalıq baha,Fələkdən gün çalaq, ömürdən ömür.

Yatmaq istəmirəm... bitməyən gününBaşına dolanım, qoy dönüm hələ.Səninçün bitibsə, amma mənimçünBitməyib, yaşayır bu günüm hələ.

Ekran qaralanda qurtarır günüm,Uşaqlar yatmağa gedir birbəbir.Ekrandan çəkilmə, başına dönüm,Təklikdən canıma üşütmə gəlir.

Zamanı borc alaq biz gecələrdənDuyub yaşamamaq zülüm deyilmi?Yatmaq?Nə görmüsən bu yatmaqda sən?Yatmaq da bir cürə ölüm deyilmi?

Söykənsin söz sözə, baxsın göz gözəGecəni uzadaq, vaxt unudulsun.Qarışsın dağ düzə, gecə gündüzə,Müddətli ömrümüz müddətsiz olsun.Yatmaq istəmirəm... hər anım əziz...Gecədən kamımca doymadım hələ.Hər gecə yatanda dəfn edirik bizÖmrün bir gününü öz əlimizlə.

Ekran qaraldımı - könül diksindiGecəni bəs necə başa vurum mən?Səsinə səs gəzən qəlbimə indiTəkliyi nə ilə unutdurum mən?

Ekran qaralanda, ey yalqız ürək,Özümə yeganə dost saydım səni.Ekran qaralanda -Sən ey mənim təkYatmaq istəməyən, tapaydım səni.

Yanvar, 1979

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов