Qranit qayalarda
Dağlar göylərlə daban-dabanaAyaqyalın küləklər zirvələrdə“Qovma-qaç” oynayır.Günəşin telləri zirvədə sınır,Qızıl qırıntısı tək ələnirdərənin qaranlığına.Qayalarda zaman iziqarış-qarış, çopur-çopur,Çovğun qamçılayanda, hər qayadanmin nalə qopur.Qranit qayalarda haray salırİnsan gözləri, insan baxışları,insan əlləri.Qranit qayalarda əsirdir –Naməlum qəhrəmanlarınhələ yonulmamış heykəlləri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-qranit-qayalarda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bu rəmz ilə xitab etdi Xəlilullah insana,Ona şahid ayla, gunəş, odur allah insana.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,