Vurun,çalın-çapın,talayın.Vurun, çalın-çarpazdağlayın.Dinmədikcə döyün,Çırpınmadıqca, döyünmədikcədöyün.Susdururamsa ürəyimiSinəmin zindanındançıxart.Onu bir bahar günəşi kimitəbiətin qoynuna at.Qollarımı qaldırmağaqorxuramsa,Qollarımı bur,qır.Eşidim qırılansümüklərimin səsini.Mən yerin üstündəinsan kimi yaşamağıbacarmıramsa,Çiynimə yüklə Yer kürəsini.O qədər döy ki,Hirslənim, qışqırım, vuruşum –Silkələnsin huşum,Yazıqlıq dolu gözlərimdönüb olsun qurğuşun;

O qədər döy ki,dözməkdən yorulum,yoğrulum.Ya qılınc olum,ya da qum.Sığallayıb başını,silib gözünün yaşınıYazıq günə qoymayınyazıqlarıDöyün, döyün onlarıəl qaldırsınlar deyə.Hər yazığın içindəbir qəhrəman yatıb,Oyadın o qəhrəmanıdöyə-döyə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов