Hər kəsin öz zatı – qanı,Ha qalayla mis qazanıÜzə çıxır bir gün paxır.Zatıqırıq əvvəl, axırÖz əslini bildirəcək.

Düzəltmək olmur insanıNamərdi sən ha tut dilə.Götür lap qızıla bələGirəvə düşəndə ələÖzünü yana verəcək.

Adamını əvvəl tanı,Ha qorusan ağlı azı,Nə qədər çəkilsə nazı,Bir gün açılacaq ağzıEli sənə güldürəcək.

Dost etmək olmur düşməniCəvahir ver kisə-kisəGötürəcək küsə-küsə,Əlinə bir silah keçsəya ölər, ya öldürəcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов