Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım
Təyyarədəyəm, göyləri fəth etmədə sürət,Çərxi-fələyin sürətini ötmədə sürət.Yay idimi, yer ox kimi atdı bizi ərşə,Qaçqın günəşə çatmağa yerdən üzü ərşə.Cavid, göy üfüqlərdə çiməndə səni andım.Yandım, yenə yandım.Karvanını çəkmiş yenə səyyarə buludlar,Ahındımı, arzundumu onlar,Nəğməndimi qu nəğməsi, son nəğmən, əzizim.Neyləyim mən, əzizim?Həsrətli baxışlarını allam bu səmadan;Bəlkə o baxışdan qalan izdir qızaran dan.Sakit okean bir tərəfindirsə, a şair,Bir yanda da qəlbin kimi çılğın Xəzərindir.Tayqa məzarındır.Ruhundumu, könlündümü vulkan?!Nəğməndimi qu nəğməsi, son nəğmən, əzizim.Neyləyim mən, əzizim?
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-uzaq-serqin-ufuqlerinde-cavidi-xatirladim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Genə gəldi bahar fəsliGenə gəldi bahar fəsliBülbül gəldi dadə, dadə,
Bu, nəti-rəsuli-müctəbadurBu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,