Danyeri
Son zamanlar ABŞ-da "Başqa cür düşünənlər"in adı "qara siyahıya" düşür. Bu siyahıya düşənlərdən biri də məşhur fizik, "Xalqlar arasında sülhü möhkəmlətmək üçün" beynəlxalq Lenin və Nobel mükafatları laureatı Laynus Polinqdir.
(qəzetlərdən)
– Mənim fikrim,sənin fikrin, onunfikri... Bu nə demək?Bir ölkənin milyon-milyon vətəndaşıBaşqa-başqa düşünərsəBəs hökumət nəyə gərək?Biz hamımız bir fikrinbir səsiyik.Laynus dedi: - Yox, yox, məgərBiz hamımız bircə rəngliİnkubator cücəsiyik?Yoxmu mənim öz varlığım,öz nəfəsim?Axı, neçin boğulmalımənim sözüm,mənim səsim?!Susdurdular dərhal onu –"Haqq" adından haqq oğlunu."FBR"in düzəltdiyiMüdhiş qara siyahıyaArtırıldı bir nəfər də.Adlar deyil,düşüncələr yanıb susdu.Susub yandı o dəftərdə.Hökumətlər cərgəsindəÖz yerin var.Hidrogenin, atomun var.Tankların var, topların var.Nələrin var, Nələrin var!Qüdrətini, qüvvətiniAğır-ağır silahlara sən vermisənBəs eyləsə, niyə qorxdun?Qorxun nədir - bilirmisən?Ürəyinin ortasındanBir səs dedi: haqqa sığın!Sənin qorxun - haqsızlığın!Atomunla, raketinləSən elə zənn eləmə ki,Hakimisən yerin,göyün.Boş havadır səsin, küyün.Silahlara arxalanan sənin gücün –zəifliyin,acizliyin,gücsüzlüyün.Haqqın uzun ipinə bax, o yumaqdaəməllərindüyün-düyün...Heç xəbərin yox özündən.
Yarpaqları sol tərəfə əyən küləksağdan əsir.Onu soldan axtarma sən.Orda, burda sən özünü çox öyürsən,Əslindəsə, Sən qorxudan uçunursan,üşüyürsən.Qorxmadığın bir məmləkətde, varmı heç?Belə qanlı silahları olan ölkəqorxarmı heç?Sən qorxursan dünən, bu gün.Min hidrogen bombasındanqorxuludur sənin üçünqanan bir baş,yanan ürək!Sən atomdan qorxmamısanBir fikirdən, düşüncədənqorxduğuntək!Boyalan həqiqətdən,Həqiqəti rəzalətdənÖz gözüylə gördüyünü boş nağıldanSeçə bilən,bir ağıldan,niyə qorxdun? –Bilmirəm mən!Əgər o, bir böhtançısa,yalançısa,Niyə onun dediyiniMəmləkətdən gizlədirsən?Niyə onu həbs edirsən?Milyon-milyon qoşunun var.O isə tək.Niyə qorxdun?Təkbaşına Laynus sənə neyləyəcək?Dəhşətlidir "qara dəftər" –Qananların,haqq oduna yananlarınsiyahısı!Başlarını yerə dikibQoyun kimi otlayanlar –Əsarəti hürr sayanlar,Bu Vətənin hər neməti, sizə ehsan!Ey Vətənçün alışanlar,Susmayanlar, danışanlar,Qismətiniz ölüm, zindan!Atomun var, raketin var,Sən qorxursan.Bu qorxunun ağırlığıSənin haqsız işlərininÇəkisidir,dəyəridir.Üfüqdəki al rəngə bax,Dan yeridir,Dan yeridir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-danyeri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gecə-gündüz qaldım zülmət içində,Mən kimi zülmətdə qalan varmola?
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.