Ulduzların diliyləNəsə danışır gecə.Min dəfə seyr etdiyim,Adi, sadə bir gecə...Birdən...qəlbim titrədiÜşüdüm,köks ötürdüm.Ürəyimdə bir səni,Bir də...illər dalındanNağıl gecəmi gördüm.O gecə...gözlərimdəMürgüləyir həmişəƏn şirin uyğum kimi.O gecə...ürəyiminYatır dərinliyindəAltıncı duyğum kimi...Gecə...bir sən,bir də mən.O gecə baş qaldırdıBu gecənin içindən...Şirin duyğularımla,Həsrət arzularımlaBir anda doldu gecəm.

Uzaq bir xatirəninHəzin zümzüməsindənNəğmələşdi bu gecəm.O gecə çoxdan keçib,Geri dönməz o, bir də.Bir gecənin həzziniGeri qaytara bilməzMin belə gecələr də...Bir gecədə, bir andaŞirin bir xatirəyləAcı gerçək görüşdü.O gecənin gözündənBu gecənin bağrınaİsti bir damcı düşdü.Dedim, dağıl a dünya,Dağıl, tez dağıl, gecəm.Sən dünyadan köçmüsənQəlbimə, nağıl gecəm.Sən indi bu günümləGedə bilməzsən yola;Ürəyimdə yaşarsanTəəssüflə qol-qola.Dövran dönür, vaxt keçirSəhərə də az qalır.İndi gecələrim dəMənimlə yalqız qalır.Sən yoxsan...Bu günüməRişxənd edir dünənim.Min bir gecə gəlsə də,Nağılım gəlmir mənim.Bu gecənin içindəNağılsızam indi mən.Gecənin əllərindəSarı bir yarpaq dururXatirə dəftərimdən.

Fevral, 1973

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов