Niyaməddin Musayev bəstələmişdir

Ayrılığın eylədi,Könlümü dağ-dağ, gülüm.Qış kimi düşüncəli,Yaz kimi oynaq gülüm.

Kölgəm qədər yaxınsan,Ancaq tuta bilmirəm."Unut" demək asandır,Mən unuda bilmirəm.

Soyuqluğun könlüməSaldı qara xal, gülüm,Dəniz kimi dalğalı,Heykəl kimi lal gülüm.

Bəs nəyədir gümanın,Ay gümanlı gümansız?Könül kimi vəfalı,Ağıl kimi amansız.

Gecə kimi fikirli,Gündüz kimi şən, gülümİki hissin əlindəGəl, oynama sən, gülüm.

Aprel, 1965

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов