Məktublar alıram oxuculardan,Məktublar nur dolu, təşəkkür dolu.Bir bələdçi olub mənə çox zaman,Göstərir haqq yolu, doğru-düz yolu.Oxucu məktubu! Şirindən şirinKönlümə dayaqdır onun hər biri.Dedi bu məktublarTənqidçilərinDeyə bilmədiyi çox mətləbləri.

Oxucu məktubu! Möhtacam mən dəSənin könül açan sözünə hər gün.Bəzən öz-özümdən şübhələnəndə,İnamsız qəlbimdə inama döndün.

Oxucu məktubu!DüşünənlərinKönül hıçqırığı, ürək nidası!Yazdığım nəğmənin, yazdığım şeirinBir müddət sonrakı əks-sədası!Səndən ey oxucum, çox bilmirəm mən,Məqsədim deyildir dərs vermək sənə.Məqsədim - qəlbimdə alışan oddanAtəş çiləməkdir sənin qəlbinə.Həqiqət naminə yaşayanlarınQəlbində alışar, döyünər bu od.Yoxu var,əyrini düz sayanlarınKönlündə köz tutmaz, tez sönər bu od.Bu od əmanətdir Nəsimilərdən,Şairlər qoruyub yaşatmış onu.Bu odun nuruyla hər xalq, hər vətənAçmış həqiqətin, haqqın yolunu.Bu odun istisi yaşatmış bizi,Zülmətdən keçirmiş mənliyimizi.

Günəş alışmasa, gün doğmaz yəqin.Həqiqət görünməz!həqiqət budur!Bir xalqın sağlığı - şairlərininAlışıb yandığı oda borcludur.

Şair - od qaynağı, şeir - güllədir.Barıtsız şeirə şeir deyilməz.Şairi olmayan bir xalq kütlədir,Amalsız bir kütlə xalq ola bilməz.

Oxucu məktubu! DüşünənlərinKönül hıçqırığı, ürək nidası.Yazdığım nəğmənin, qoşduğum şeirin,Bir müddət sonrakı əks-sədası!

Mən tək, siz çoxsunuz...hər birinizəCavab yazammıram...Ancaq mən sizəBorclu da qalmıram,Ürək sözlərimKağızlar üstündə şırım-şırımdır.Ünvanı siz olan mənim hər şeirimSizə göndərdiyim məktublarımdır.

İyul, 1981

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви