مدت انده ما زود به سر خواهد شدوز دل ما غم و اندیشه بدر خواهد شد

Tezlik ilə bu ağır günlərimiz son tapacaq,Qəlbimizdən qocaman dağ kimi möhnət qopacaq.

کار شادی و فراغت به نوا خواهد شدخانه وحشت و غم زیر و زبر خواهد شد

Şadlığın cah-calalın növbəsi axır yetəcək,Qorxulu qəm-kədərinsə evi viran olacaq.

عیش ما گرچه بسی تلخ تر از حنظل بودشکر کان حنظل ما همچو شکر خواهد شد

Ömrümüz, günlərimiz oldusa əzvaydan acı,Çox şükür, əzvayımız indi şəkər bal dadacaq!

ساغر و باده ما هم به صفت هم به صفاآب خشک ای عجب و آتش تر خواهد شد

Meyimiz, sağərimiz həm sifət, həm saflıqda –Quru su, yaş od olub, məclisi canlandıracaq.

هر کسی را که خبر شد ز غم و انده مااز دل خرم ما زود خبر خواهد شد

Hər kəsin vardı cahanda qəmimizdən xəbəri, –Könlümüz şad olan dəmdə xəbərlər tutacaq.

همدم مجلس ما لهو و طرب خواهد بودهمره موکب ما فتح و ظفر خواهد شد

Eyşü işrət qurulub, şən keçəcək məclisimiz,Aləmə fəthü zəfər ulduzumuz nur saçacaq.

تیز غم را که چو شمشیر قضا کارگرستسینه دشمن ما پیش سپر خواهد شد

Qıracaq qəm oxunu onda qəza şəmşiri,Düşmən öz köksünü bu oxlara qalxan tutacaq.

گرچه ما را جگری داد جهان باکی نیستقوت اعدا پس ازین خون جگر خواهد شد

Qan içirmişsə də dünya bizə çox, eyb etməz, –Öz ciyər qanını düşmən yeyərək odlanacaq!

کار ما ساخته تر از زر تو خواهد گشتوز حسد شکل عدو شمشه زر خواهد شد

Bəxtimiz parlayacaq, şah qızıl sikkəsi tək,Sarı altun kimi düşmənlər həsəddən solacaq.

غم و شادی جهان را نبود هیچ ثباتهر زمان حال وی از شکل، دگر خواهد شد

Qəm ilə şadlığa yoxdur bu cahan içrə səbat,Şad olan qəmlənəcək, qəmli olan şadlanacaq.

خوش برانیم و بدانیم بهر گونه که هستراحت و محنت ایام به سر خواهد شد

Hər nə cür olsa əgər, ömrümüzü xoş keçirək,Həm kədər, həm də sevincin sonu bir gün çatacaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов