Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?Xəti-nəsxüni ki, reyhan dedilər, gerçəkmi?
Ləbün andum idi, toldı ağızum şəkkərlə,Kimə dedüm isə yalan dedilər, gərçəkmi?
Tutağun şəkkərinün rəngini qızıl gördüm,Çünki sordum anı, qandan dedilər, gərçəkmi?
Könüli çahı zənəxdanına düşmiş gördüm,Bunı Yusif, anı zindan dedilər, gərçəkmi?
Belini gisusınun qılına nisbət qıldım,İşbu təşbihi nə çəndan dedilər, gərçəkmi?
Hoqqəyi-ləldə incü düzümini gördüm,Sorıcağaz ləbü dəndan dedilər, gərçəkmi?
Eşigünə ki, səba yol bulımaz dün bucuğın,Eşq əri könlinə meydan dedilər, gərçəkmi.
Tatlu dirilür ikən ləblərüni könlüm içün,Düşdi aralarına qan dedilər, gərçəkmi?
Sərvünə qul dedilər rastmı tubiyi əcəb,Bədri hüsnündə bəmizan dedilər, gərçəkmi?
Can apardux ləbünə əqlü dili biləsinə,Qamusın zirə bəgirman dedilər, gərçəkmi?
Sehr ilə könülümi gözləri qıldı xəstə,Belini dərdümə dərman dedilər, gərçəkmi?
Küfr idügin saçunı yüzüni örtər bildüm,Rövşən ay yüzüni iman dedilər, gərçəkmi?
Gərçi asan bilürəm ki, saçı müşkildür anun,Anda can müşkili asan dedilər, gərçəkmi?
Əbri-giryan idügin gözümi uş görürsin,Yanağunı güli-xəndan dedilər, gərçəkmi?
Макта — последний бейт с тахаллусом поэта. Tazə güldən dəxi nazük görürəm tər tənüni,Bağrunı qatı çü sindan dedilər, gərçəkmi?
Kitabxana.az · https://kitabxana.az/ru/works/burhaneddin-lebi-leluni-senun-can-dediler-gercekmi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gönül ki düşdi bu bende zî-hûbdur gâyetÇü delü düşdi bu bende zî-hûbdur gâyet
Biz derdin isderüz zîrâ dermân zemânıdurBiz derdin isderüz zîrâ dermân zemânıdurBiz küfrin isderüz zîrâ îmân zemânıdur
Kim ola şâhâ kemâli serv kadüne ireKim ola şâhâ kemâli serv kadüne ireGîsû-yı miskîn meğer başı koyıban yire
Şükür ki şekker ahar lebleründen iy dilberŞükür ki şekker ahar lebleründen iy dilberŞükür ki gîsûlarun saçdı âleme anber