İncə
Страница 5 из 5 · 80%
İncə. D u r s u n dayı, sən həmişə deyirsən ki, yaralı ürəkləri çox sevirsən.
Dursun. Sevirəm, ancaq sizə nə var? Çünki qız ürəyi, sac çörəyi və yaxud xirmən kürəyi, oyan-buyan dönmək üçün yetər bir axşam küləyi.
İncə. D u r s u n dayı, sənə dəli deyirlər. Amma mən həmişə sənin sözlərinə qulaq asıram, sən ürəkləri bilirsən.
Dursun. Bu günlərdə göydən peyğəmbərlik kağızı gözləyirəm.
İncə. D u r s u n dayı, sən hər şeyi bilirsən, mən yazığam, mənə kömək elə.
Dursun. Halbuki ərin dövlətli, az qalıb Allahı qonaqlığa çağırsın.
İncə. Neyləyirəm qızıl teşti ki, içinə qan qusuram. Ah, Dursun dayı, könlüm... Aydəmir yadındadırmı?
Dursun. 2 il bundan əvvəl o gecə yadımda idi, sonra yox...
İncə. D u r s u n dayı, Aslan sənin qardaşın oğludur. Amma bilirəm sən və... səndən qorxmuram... Dursun dayı... bu son gündə Aydəmirin heç olmasa anasını görmək istəyirəm. Ax, Dursun dayı, yazıq könlüm!
Dursun. Yaxşı, yaxşı, ağlama, dur getdim, dayan gəldim. (Gedir.)
Sevər. Ay məlun!
İncə. Sevər, bacıcan!
Sevər. Yaxşı-yaxşı, bilirəm nə deyəcəksən. Bu saat görün ki, necə göndərərəm. Getsin dərədə kişilərə desin belə Dursu nlar ki, qızlar da meydanı görsünlər. Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər. Əlbəttə, yaxşıdır. Mən bu günlərdə şeytanla bicliyə şərik olmaq istəyirəm, amma Dursun dayı da başqa qiyamətdir.
İncə. Sevər, sən anlayırsan ki, mən nə gündəyəm. Mənə belə gəlir ki, bu gecə cəhənnəmə gedirəm. Sən bilirsən ki, mən o yazığa söz verdim...
Sevər. Bilirəm, bilirəm. Gəlirlər. Mən getdim. Sənin ürəyindəkini gözündən oxumuşdum. Ona görə qızları ötürdüm. Tez qurtar, mən qızları saxlaram.
Gedir. Səlim qızı və Xaspolad gəlirlər, heç kəs bir söz demir.
İncə. Gülsüm xala, mən bu gecə gedirəm.
Səlimqızı. Get, qızım, Allah səni xoşbəxt eləsin!
İncə. Heç olmasa son gündə səni görmək istəyirdim. (Sükut) Çünki dərdim çoxdur.
Səlimqızı. Qızım, Allah səndən razı olsun, heç olmasa yaddan çıxarmadın. Get, Allah sənə yaman gün göstərməsin. Allah səni zəhərli dillərdən saxlasın.
İncə. Gülsüm xala, ona deyərsən ki... ox, bəlkə mən bir daha heç bir vaxt onu görmədim. Anacan, ona deyərsən ki, mən bivəfalıq etmədim. (Ağlayır.)
Səlimqızı. Eybi yoxdur, qızım, bunun üçün də sizdən çox razıyıq, ürəyinə heç bir şey gətirmə! Allah özü belə istəmiş, Allah özü istəyən yaxşıdır.
İncə. Anacan, deyərsən ki, mən çox çalışdım. Tamam iki il atamla, anamla, bütün külfətimizlə vuruşdum. Ürəyimi açıq deyə bilmirdim. Deyirdim naxoşam. Ox, iki il çarpışdım, axır olmadı. Məni öldürmək istədilər. Döyüldüm, söyüldüm, axırda gördüm ki, evdə dolana bilmirəm, mümkün deyil. Ancaq deyərsən ki, mən ona bivəfalıq etmədim. Allah Aslanbə yin evini yıxsın!
Səlimqızı. Eybi yoxdur, qızım, yazılan pozulmaz. Allah istəyən yaxşıdır. Get, Allah səni xoşbəxt eləsin!
İncə. Yox, anacan, sən bilmə ki, mənim... yaylığım onda isə, özgə ilə... razı oldum... ki, rahat yaşayım... Yox... mən elə zəhərli diriliyi istəmirəm. Bax, ana, görürsənmi, mən bu gecə gedəcəyəm və bu gecə də özümü öldürəcəyəm, budur mənim son yolum...
Səlimqızı. Yox, qızım, Allah eləməsin.
İncə (sözünü kəsmədən davamla). Ancaq onu o bəlalara mən saldım. İki ildir getmişdir. Üç ildən sonra gələcək. Ox, anacan, mən beş il deyil, on il də, hətta, talesiz ömrümün sonuna qədər də gözlərdim. Fəqət... deyərsən ona ki, məni bağışlasın. Mənə halal etsin.
Səlimqızı. Qızım, dəlilik eləmə! Ayın beş gün qaranlığı olanda, beş gün də işığı olar. Adamın başına çox şey gələr. Nə etmək, taleyimiz budur.
İncə. Artıq gedin! Deyərsən ki, mən onun əvəzində son günümdə qardaşını öpürəm, o da gələndə həmin günahsız dodaqlardan öpsün.
Xaspolad. Ana, mən bu saat gedib bir qəmə tapacağam, gedəcəyəm Aslan köpək oğlunun qarnını cıracağam.
İncə. Anacan, gedin daha, sən də get, gülüm! Allah özü mənim divanımı elər. Allah haqdır. Ana... gələndə qəbrimi ona göstərərsən. Mən onu gözlərəm. Ancaq deyərsən ki, mən sözümdə durdum, mən ona bivəfalıq etmədim.
Durna girir.
Du rna. İncə! (Qucaqlaşıb öpüşürlər.) Gedirmisən? (Sükut) Ağlayırmısan?
Eybi yoxdur. Dünyanın işləri belə gəlib, belə də gedəcəkdir.
İncə. Gedirəm. (Ağlayır.)
Dursu nla Daşdəmir əlində tüfəng hərəsi bir tərəfdən girirlər.
Dursun. Səlim qızı, bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. Bizim X o ruz günortadan banlayır.
Du rna. Dursun dayı, bizim ürəyimizdən qara qanlar axır, amma sən yenə zarafatdan əl çəkmirsən.
Daşdəmir. Ay ana, gəl evə, adamın yaxşı dostu olsun, bivəfa gedər qalmaz.
İncə. D u r s u n dayı, anlat ki, mən müqəssir deyiləm, mənim ürəyimi partlatmasınlar.
Daşdəmir. Müqəssir deyilsən. Əlbəttə ki, deyilsən. Bu zamanda qardaş qardaşa etibar etmir, səndə nə taqsır?
İncə. Yox, qardaş qardaşa xəyanət edər, amma mən ona etməzdim.
Səlimqızı. Eybi yoxdur, qızım, ağlama, Allahın işidir.
İncə. Ox, anacan, mən anlayıram ki, mənə gülürlər. Mən bu gülüşlərə layiq deyiləm. Mən köməksiz bir qız nə edə bilərəm. Yenə özü burada olsaydı...
Daşdəmir. Sən nə vaxt kömək istədin ki, sənə kömək etmədilər?
İncə. Daşdəmir, sən nə edə bilərdin. Sən bilirsən ki, o, əqrəbalı bir qurddur. Kimin ona gücü düşər?
Daşdəmir. Yaxşı, bacım, mənim ki, sənə sözüm yoxdur. Get, Allah səni xoşbəxt eləsin!
İncə. Gedəcəyəm, bəli, gedəcəyəm və üç saatdan sonra da sən görəcəksən ki, mən vəfasız deyiləm. Mən qızam, ancaq mənim sözüm birdir. Siz mənə kömək edə bilmədiniz, ancaq mən özüm-özümə kömək edərəm.
Daşdəmir. Mənim üstümə taqsır yıxmaq istəməz. O, mənim üstümdə, mənim bacımın namusu üstündə Sibirə gedib, mən də öz canımı onun yolunda qoymaqdan çəkinmərəm, nə bacarıramsa da bu saat hazıram.
Dursun. Əgər hər şeyə hazırsansa, bu saat qoy qaç!
Daşdəmir. Neçin?
Dursun. Gəlib sizi bir yerdə görərlər.
İncə. Daşdəmir, mənə nə kömək edə bilərsən? Nə üçün mənim ürəyimi didirsən?
Dursun. Mən olsaydım elərdim. Istəyirsiniz deyim necə. Ancaq bu şərt ilə ki, kimsə mənim sözümə baxmasın.
Səlimqızı. Ay balam, Daşdəmir, gəl gedək. Aydəmirdən sonar bizə bircə sən baxırsan. Sonra gəlib görərlər...
Dursun. Bilirsən nə var? Əgər mən Daşdəmir olsaydım, Aydəmir mənim bacımın üstündə atışıb Sibirə getsəydi, mən qoymazdım onun nişanlısını aparsınlar.
İncə. D u r s u n dayı, o bir tək adam nə edə bilər? Onun sözünə kim baxacaqdır?
Dursun. Sözünə heç kəs, ancaq mən söz danışmazdım.
Daşdəmir. Bəs nə edərdin?
Dursun. Bax, bu saat kişilər hamısı dərədə. Qızlar da odur hey, orada. Götür sabah şəhərə get, bir axunda bacı-qardaşlıq siğəsi oxutdur. Birisinə də kəbin kəsdir ki, gəlib daha əlindən ala bilməsinlər, vəssalam!
Daşdəmir. Mən hazıram, məni heç bir ölüm qorxuda bilməz.
İncə. Fəqət... Mənim adım. Mənim atam. Mən...
Daşdəmir. Adın, atan, hər bir şey burada məlum olar. Səni onsuz da Aydəmirə xoşla verməyəcəklər. Burada olsaydı, nə edəcəkdin? Onda da atam deyəcəkdin?
Dursun. Bir ildən sonra da deyərsiniz yalandan ki, bir uşağı oldu, öldü. Onda büsbütün inanarlar.
Daşdəmir. D u r s u n dayı, fikrin mənim beynimə batdı. Ancaq nə çarə? Mən hazıram, İncə! Sən Aydəmiri istəyirsənsə, mən onun əvəzində hər bir şeyə hazıram.
İncə. Hazırsan, bəli!..
Səlimqızı. Ay balam, özünü bəlaya salma, gəl bəri!
Daşdəmir. Bala, bir gün varıq, bir gün yox.
İncə. Mən hazıram, sözünü de.
İncə dərin bir iztirabla düşünüb mütərəddid durur, bu halda qayanın
arxasından həzin bir səslə oxuyurlar.
Səs. Mən aşiqəm, ağlamazdım,
Gülərdim, ağlamazdım;
Bilsəydim vəfan budur,
Sənə bel bağlamazdım...
Balam, ağrını alım!
Hər kəs sükut içində durub dinləyir, səs davam edir.
Göyərçinəm, uçdum gəl!
Dost bağına düşdüm, gəl!
Yaxşı günün aşnası,
Yaman günə düşdüm, gəl!
Balam, ağrını alım!
Daşdəmir. Adamın yaxşı günündə dostu çox olur, budur yaman günü, nə deyirsən, İncə?!
İncə mütərəddid bir sükut içində durmuş düşünür. Səs davam edir.
Dursun. Daha bir şey olmayırsa, gedək. Yavaş-yavaş xalq qayıdır.
Səs.
Ay qız, ay qız, ağam gəl!
Ölməmişəm, sağam, gəl!
Boynumda qəm zənciri,
Yolunda dustağam, gəl!
Balam, ağrını alım!
İncə qətiyyətlə başını qaldırır.
Daşdəmir. Nə oldu, getmirsənmi?
İncə. Gedirəm, qoy dünya alt-üst olsun. Qoy məni öldürsünlər. Fəqət mən söz vermişəm, qaçıram.
Daşdəmir. Mən hazıram!
Səlimqızı. Ay balam, özünüzü xataya salmayın!
Du rna. Allah kömək olar!
Dursun. Gedəcəksinizsə, gecikmək olmaz. Sonra vaxt keçər.
Daşdəmir (tüfənginin çaxmağını qaldıraraq). Gedək!
İncə. Ana, Durna bacı bizə halal edin! Kim bilir nə olacaq!
Səlimqızı. Ay bala, mən qorxuram...
İncə. Ana, yazılan pozulmaz. Nə olacaq, olsun. Gedək, Daşdəmir!
Daşdəmir. Gedək! (Əl-ələ verib səhnədən çıxırlar.)
Du rna. Ay Allah, indi biz nə edəcəyik?
Səlimqızı. Bunlar bizi öldürərlər.
Dursun. Daha durmaq yeri deyil. Kişilər gəlir.
Du rna. Ay Allah, biz hara gedək!
Dursun. Evə getməyin. Gəlin, mən sizi daldalaram. Yubanmayın. Durnanın əlindən tutub dartır. Səlim qızı Xaspoladı bağrına basıb onları təqib edir. Yengə və
Sevər girirlər. Yengə (baxınır). Ay balam, bu qız hanı? İncə, İncə! Bunlar nə oldu?
Sevər. Mən nə bilim! Bulaq başında oturmuşdu ki, gedə bilmirəm. Mən də getdim ki, qızları çağırım.
Yengə. Vaxsey, atanızın evi yıxılmasın, qızı apardılar.
Sevər. Kim?
Yengə. Odur hey! At çapır. Az qalıb meşəyə girsinlər. Yəqin Daşdəmirdir. (Bayıra atılır. Sevər də onu təqib edir. Yengənin səsi eşidilir.) Ay aman! Qızı apardılar! Ay aman, tez gəlin!
Qatmaqarışıq səslər eşidilir. Aslanbəy və Əsədbəy çıxırlar.
Əsədbəy. Mən demədim?
Aslanbəy. Mənə hayıf vurdular? Eybi yoxdur! Mənim əlimdən qaça bilməz. Atları gətirin. Əzrail da olsalar, məndən qaça bilməzlər. Gəlin!
Çıxırlar. Kişilər və gənclər də tüfənglərini dolduraraq ardınca yüyürürlər.
Səhnə arxasından güllə səsləri eşidilməyə başlayır.
Yengə. Allah boynunuzu sındırsın!
Sevər. Ay qız, oturun yerə. O da atır.
Hamısı sıxılıb yerə oturur.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-ince
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Dəng olduqBəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Стихи других поэтов
Aşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün