Bu opera ilə bağlı məsələ mənə tamamilə aydın deyil. Əsərlə “Aşıq Qərib” operasının süjeti arasında oxşarlıq vardır. Xalq Maarif Komissarlığının o zaman bu süjeti nə üçün yenidən sifariş verməsi məlum olmur. Aşıq feodal xanının qızına vurulur. Lakin xan öz qızı üçün çoxlu pul tələb edir. Aşıq məclisdə oxuyur və Paşa ona 40 kisə qızıl verir. Axırda qızı alır. Sonra o Allahın göndərdiyi atın qanadlarında qayıdır və s. Əlbəttə, bəstəkarı qınamırıq, çünki ona belə süjet veriblər. Ancaq biz operanı bu şəkildə səhnəyə buraxa bilmərik.

Hər şeydən əvvəl Allahla bağlı möcüzəli hadisələri çıxarmaq vacibdir. Bir də göstərmək olmaz ki, Paşa 40 kisə qızılı ancaq səxavətli olduğu üçün aşığa hədiyyə verir. Qəhrəmanı adi bir aşıq hesab etmək də doğru deyil, əks halda qızı ona verməzlər. Zənnimcə, elə göstərməliyik ki, Qərib çörək pulu qazanmaq məqsədilə gedərkən aşıqların yarış məclisinə düşür. Orada ədalətsizlik və ağır həyat haqqında mahnılar oxuyur. Bununla da demək istəyirik ki, həyat onun kimi aşıqları necə ağır vəziyyətə salmışdır və s. Bu cür mahnılar Paşaya xoş gəlmir və o aşığın həbs edilməsinə əmr verir. Göstərmək lazımdır ki, yoxsul aşıq axıra kimi də yoxsul olaraq qalır. Qızın məsələsinə gəlincə, onu sadəcə olaraq qaçırmaq və əsəri bununla da bitirmək lazımdır. Hələ Məqsud Məmmədov (Azərb. Xalq Maarifi Komissarı olmuş) deyərdi ki, bu operanın məzmununu dövrlə bağlamaq lazımdır... Burada bir sual meydana çıxır: qəhrəmanı aşıq kimi saxlamaq lazımdır, yoxsa yox? Mən təklif edirəm ki, onu xanın qızına vurulan bir çoban kimi göstərmək və s. Lakin bəstəkar deyir ki, çoban surəti yerinə düşməz, çünki o, musiqini aşıqsayağı yazıb. Bu məsələni elə indi həll etməliyik ki, sonradan dolaşıqlıq meydana çıxmasın.

Yüz faiz süjetin inqilabi olması barədə danışmağa dəyməz. Əgər artıq sözləri atsaq belə bu, inqilabi süjet yaratmaq deyil. Vəziyyət özü inqilabi olmalıdır. Burada isə həmin vəziyyət yoxdur. Sinfi qeyri-bərabərlik elementləri olsa da, yoxsul varlıdan sevdiyi qızı ala bilməzdi.

Onu da deməliyəm ki, bu operaya inqilabi süjet vermək mümkün deyildir.

Odur ki, həm bəstəkar, həm də mən bu məsuliyyəti öz üzərimizə götürə bilmərik. Bizim yolumuz musiqini kütləviləşdirmək və onun Avropa musiqi mədəniyyətinə yaxınlaşdırmaqdır. Mən belə başa düşürəm ki, Qlier milli melodiyanı götürmüş və onu kütləviləşdirməyə çalışmışdır. Beləliklə, bizim Avropa sənətkarı tərəfindən işlənmiş Şərq melodiyamız vardır. Həmin təcrübənin parlaq nəticələr verdiyini deyə bilmərəm, ancaq bu, milli musiqinin inkişafında müəyyən mərhələdir.

Bəlkə də bu təcrübənin nəticəsi uğurlu deyil, lakin milli musiqi keçilmiş mərhələ ilə öz inkişafında bir mərhələ də irəli atılacaqdır. Bəstəkarlarımız bu təcrübənin yaxşı və pis cəhətlərini nəzərə alacaq və ondan öyrənəcəklər.

“Ş a h s ə n ə m” operasının musiqisi “Aşıq Qərib”ə nisbətən daha müvəffəqiyyətlidir...

Mən Xalq Maarif Komissarlığı adından danışmağa vəkil edilməmişəm, ancaq öz fikrimi deyəcəyəm. Mənim vəziyyətim belədir:

1924-cü ildə Mikail Pavloviç librettonu tamamladıqdan sonar onun tərcüməsini mənə tapşırdılar. Mən sadəcə olaraq süjetə və başqa məsələlərə diqqət yetirmədən librettonu tərcümə etdim. Sonra bu iş başlı-başına buraxıldı. Il yarım bundan əvvəl Qlier Bakıda olanda mənə təklif etdilər ki, həmin məsələyə yenidən başlayım. Bir azdan deyəcəyim səbəbə görə mən tərcümədən tamamilə imtina etdim.

Sizə məlumdur ki, bu türk xalq əfsanəsidir. Onu vaxtilə Lermontov qələmə almışdır. Lermontovdan sonra H a c ıbəyli (Zülfüqar H a c ıbəyli) opera şəklinə salmış və hazırda Bakıda oynanılır. Həmin opera 1912-ci ildə (1914-cü ildə) yaradılmışdır. Bütün bunlardan sonar Qalperin öz librettosunu yazmışdır.

Mən tərcümədən ona görə imtina etdim ki, librettoda qarşıya qoyulan məsələ kifayət qədər münasib şəkildə ifadə olunmamışdı.

Onda heç bir ictimai cəhət yox idi. Sonradan edilən kiçik əlavələr də əfsanənin primitiv süjeti içərisində itib-batmışdır. Mən sadəcə olaraq bu işdən uzaqlaşmaq istədim. Ancaq mənə dedilər ki, tamamilə original əsər yazmaq lazımdır. Çünki “Lakme” və s. kimi bir sıra tərcümə nümunəsi vardır. Onlar hamısı müvəffəqiyyətsizliyə uğramışdı. Odur ki, teatr tamaşaçılara tez çatsın deyə orijinal libretto yaratmağı qərara almışdır. Bizim xalq üçün bu, kiçik məsələ deyil. Biz buna musiqinin mədəni inkişafı kimi baxırıq. Indi elə mərhələdir ki, biz Avropanın mədəni musiqisini tətbiq etmək istəyirik. Burada söhbət milli musiqi mədəniyyətindən gedir. Ona görə bəstələnmiş musiqidən imtina edə bilmərik, biz onu geniş şəkildə həyata keçirməyə çalışırıq. Əks halda, opera, məhv olub gedər.

Odur ki, Xalq Maarif Komissarlığı musiqini librettonun köməyi ilə kütlələrə çatdırmaq üçün orijinal süjet yaratmağı qərara aldı. Mən öz librettomu il yarım bundan əvvəl təqdim etmişəm. Sizin dediyiniz çoban və s. məsələlər mənim təkliflərimdir. Qlier bunu, yəqin ki, xatırlayır.

Mən librettonun sxemini dəyişdim və öz düşündüyüm kimi təfsir etdim. Librettonun 1-ci pərdəsini yazıb, bütün planını tərtib edərək il yarım bundan irəli Qlierə verdim. Onda teatr librettoya mənimlə müqavilə bağladı. Mən məktubla onu Xalq Komissarlığına göndərdim.

O biri pərdələr üçün lazım olan bəzi əlavələrlə 1-ci hissəni Qlierə verdim. Axı, süjet eyni olsa da, mən onu yeni iştirakçılar və təzə musiqi parçaları hesabına özüm düşündüyüm kimi yenidən qurdum.

...Mən öz librettomu hazır musiqiyə uyğun yazmağı söz vermişdim. Qlier sonuncu dəfə Bakıya gələndə onun qarşısında belə bir məsələ qoyuldu: biz mövcud süjet əsasında orijinal opera yaratmaq istəyirik.

O dedi:

– Mən indi cavab verə bilmərəm, çünki Qalperinlə razılaşmamışam. Qlierə təklif etdilər:

– Cabbarlı ilə işləmək istəyirsinizmi? O cavab verdi ki, əgər Smoliç (Böyük Teatrın rejissoru) razı olsa, mən etiraz etmirəm. Biz Smoliçin yanına getdik və onunla razılığa gəldik. Onu da deyim ki, mən bir daha əvvəl təklif etdiyim hissəsini də dəyişdim. Smoliç Moskvada bizimlə tamamilə razılaşdı. Bundan sonra il yarım əvvəl librettoda nəzərdə tutduğum məsələləri bütünlüklə dəyişdim. Yalnız xalq əfsanəsi süjetinin ümumi hissəsi qaldı. Sonra başqa işləri gördüm: səhnələri və surətləri dəyişdirdim, bu şəkildə librettonu tərtib etdim.

İndi məni yaranmış bu vəziyyət çox düşündürür. Mən bura gələndə Smoliç dedi ki, mənim librettomdan bəzi hissələr dəyişiklik üçün istifadə olunub. Onda bizim burada iştirakımız nəyə lazımmış? Axı, Qlier özgə libretto yazanla işləmək istəmədiyini əvvəlcədən deyə bilərdi.

O dedi ki, Smoliç razı olsa, mənim heç bir etirazım yoxdur. İndi isə deyirsiniz ki, (Qlierə müraciət edir) Smoliçin razılığı hər şeyi həll etmir. Bu elə cəhətdir ki, bizi narahat etməyə bilməz. Siz nəyi əldə rəhbər tutub, yeni libretto üzərində işləyəcəyinizə söz verdiniz? Axı, teatrla yazılı müqavilə bağlayıb, altından qol çəkmişdiniz?! Orada açıq göstərilir ki, Siz yeni libretto yazanla işləyəcək, lazım gələndə bir sıra dəyişikliklər edəcəksiniz. Mixail Pavloviçlə isə özünüz danışaq və hərtərəfli razılığa gələcəksiniz.

İndi Qalperin verən təfsiri dəyişdirib-dəyişdirməmək haqqında məsələ qaldırırsınız. Mən deyəndə ki, tamamilə yenidən işləyirəm, hətta Mixail Pavloviç öz librettosunu tanımayacaq, məgər hər hansı bir kinayəmi işlədirdim?

... Mən hazır musiqiyə uyğun yazmağa çalışdım. Yeni musiqi parçaları bəstələnəcəyini nəzərə alıb, süjetə əlavələr etməyi lazım bildim. Onda Qlier buna razılıq vermişdi. O vaxt süjet müasir dövrlə, hətta kolxozla əlaqələndirməyi təklif edənlər də vardı. Librettoda kolxoza aid hissə yazılmışdır. Qlier buna da razılıq vermişdir. Bu onu göstərir ki, Qlier onda musiqini də dəyişdirməyə razı idi. Teatr mənə təklif etdi ki, hazır musiqi var, bu musiqiyə libretto yazın. Əgər Mixail Pavloviçin üç və ya dörd variantda yazmaq imkanı vardısa, mən beşini yaza bilərdim. Mixail Pavloviçlə aramızda heç bir konflikt yoxdur. Tapşırdılar, mən də yazdım.

... Belə bir gözlənilməz vəziyyət olmuşdu.

Qlier deyirdi:

– Biz tamamilə sərbəstik və heç kiminlə hesablaşmayacağıq. Mən həmin söhbətdə iştirak edirdim, onda plan tamam başqa cür idi. Deyirdilər ki, yaradıcılıq ittifaqı sadəcə ictimai təşkilatdır, hər ehtimala qarşı biz kütlənin mənafeyini müdafiə edirik.

...Burada belə bir təəssürat oyanır ki, guya Qalperinlə mənim aramda kəskin münasibət yaranmışdır. Mən qəti surətdə bunun əksinəyəm və Mixail Pavloviçə bir qələm dostu kimi böyük hörmətim vardır. İndiki halda mənim məqsədim Qalperinin hansı vəziyyətə düşməsindən asılı olmayaraq tamamilə aydındır. Bu məsələni təkbaşına həll etmək də imkan daxilində deyil.

Qeyd etmək istəyirəm ki, operanın yaradılmasına iki yüz min manat vəsait ayrılmışdır. Librettonun yazılması ona görə mənə tapşırılmışdır ki, vəsait havayı sərf olunmasın. Yeni libretto orijinal, xalqa doğma və yaxın olsun ki, opera müvəffəqiyyət qazana bilsin. Bundan başqa, biz mətnin köməyi ilə mədəni musiqini irəli aparırıq. Xalq Maarif Komissarlığı da bu məqsədlə orijinal mətn əldə etmək istədi və istəyinə nail oldu...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Gülən adam”ın əhəmiyyəti

Türk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir.İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır.

1 мин
Türk Bədaye Teatrosunda “Hacı Qara”

Öz 50 illiyini keçirmiş Azərbaycan türk teatrosu yaşayışının ilk günlərindən başlayaraq 1873-cü ilin türk dramaturqu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini öz səhnəsində görməyə alışmışdır. Günün orijinal türk pyeslərinin babası olan bu pyes başlıca olaraq 19-cu əsrin yarılarında pozulmaqda, ölməkdə olan feodalizmin boş və məqsədsiz həyatını, o biri tərəfdən də güclənməkdə olan ticarət burjuaziyasının nə qədər canlı və çevik olduğunu təbii və tünd boyalarla təsvir edir.Öz pul sandıqlarına öz allahlarından daha möhkəm səcdə edən və bir qəpik qazanc üçün hər bir alçaqlığa və hətta oğurluğa belə razı olan bütün bu xəsis tacirlər, əməyi ayıb bilən, hər bir oğurluğu, soyğunçuluğu və hər cür alçaqlığı əməkçilikdən yaxşı sanan quru bəylər, öz Quranını bir baqqalın kartof kisəsi kibi alverə qoyan mollalar və nəhayət, çar Rusiyasının bütün o uryadnik, kəndxuda və bu kibi müftəxor parazitləri, o dövrün həqiqi həyatından o qədər doğru və düzgün alınıb təsvir edilmişdir ki, tamaşaçılar vaxtilə dramaturqun iti qələmi və acı gülüşü altına salınıb rüsvay edilən və imdi keçmişin malı olub aradan qalxan bu gün bu oğrular cəmiyyətini çox aydın təsəvvür edə biliyor.

1 мин
Qızıl Tatarıstan mövzusunda məruzə

Yoldaşlar, Qızıl Tatarıstanın işçi və əməkçilərinə, hazırda burada qonaq olan Özbəkistan teatrosunun əməkdaşlarına, Azərbaycan işçi və əməkçilərindən və onları təmsil edən Türk Bədaye teatrosu əməkdaşlarından atəşin salamlar.Yoldaşlar, bizim, Bakıdan çıxarkən marşrutumuza Edil boyunu və ayrılıqda Qızıl Tatarıstanın mərkəzi olan Kazan şəhərini salmağımız təsadüfi bir şey deyildir.

1 мин
Hara gedir Azərkino

Azərkino qədər Azərbaycanın fəhlə-kəndli kütlələrindən uzaq olan ikinci bir müəssisə yoxdur. Azərkino rəhbəri kimə istəyirsə inanıb iş tapşırır, təki o, azərbaycanlı – türk olmasın. Belə bir vəziyyətin nəticəsində Azərkino öz simasını tamamilə itirmişdir. On il ərzində o bircə nəfər belə türk operatoru yetişdirə bilməmişdir və indi yerli kadrları hər vəchlə uzaqlaşdıraraq öz işini bütünlüklə “dəvət olunmuş mütəxəssislərin” üzərində qurur.1. Dəvət olunmuş mütəxəssislər bir qayda olaraq zəifdirlər. Axı, heç bir təşkilat öz yaxşı işçilərini əldən buraxmaz. Buna görə də, tam əlillik və ya kino sənətində səriştəsizlik üzündən bekar qalmış işçilər dəvət olunurlar.

13 мин

Стихи других поэтов