Qızıl Tatarıstan mövzusunda məruzə
Yoldaşlar, Qızıl Tatarıstanın işçi və əməkçilərinə, hazırda burada qonaq olan Özbəkistan teatrosunun əməkdaşlarına, Azərbaycan işçi və əməkçilərindən və onları təmsil edən Türk Bədaye teatrosu əməkdaşlarından atəşin salamlar.
Yoldaşlar, bizim, Bakıdan çıxarkən marşrutumuza Edil boyunu və ayrılıqda Qızıl Tatarıstanın mərkəzi olan Kazan şəhərini salmağımız təsadüfi bir şey deyildir.
Bu gəlişdən bizim başlıca məqsədimiz keçmişi bir, tarixi bir, dili bir olan, rus çarizminin pəncəsində bizimlə birgə əzilən, müsəlmanlığın sərt və reaksion şərtlərinin ağırlığını bizimlə birgə çəkən və nəhayət, gələcək mübarizə və mədəni yüksəliş yollarında bizimlə bir olan qardaş Tatarıstan xalqının əməkçiləri ilə görüşmək, Azərbaycanda yeni incəsənət və mədəni yüksəliş üçün açılan imkanlardan istifadə, 10 ildən bəri əldə etdiyimiz müvəffəqiyyətlər ilə tatar qardaşlarımızı tanışdırmaq və onların da bu vaxt içində mədəni cəbhədə çaldıqları qələbələri görmək və bu yol ilə arada sıxı mədəni rabitə düzəltmək və mövcud rabitəni genişləndirmək, dərinlətmək və möhkəmlətməkdir.
Bu gün Qızıl Tatarıstanın mərkəzində qardaş Özbəkistan teatrosunun əməkdaşları ilə görüşümüz bizi daha artıq sevindirir.
Bu gün Qızıl Tatarıstanın mərkəzində yenə üç teatronun görüşməsi tarixin, mədəni dirçəliş tarixinin sükut ilə keçə biləcəyi şey deyildir.
Bu görüş ilk gündən etibarən Şərqin mədəniyyət tarixinə keçəcək və orada yeni bir səhifə açacaqdır. Bu görüşlər bu yaxınlarda olacaq Şura milli teatroları olimpiadasının bir müqəddiməsidir.
Bu görüşdə biz bir-biri ilə yaxından-yaxına tanışmalı, gördüyümüz işlərə yekun vurmalı və milli teatromuzun yollarını təyin etməliyiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-qizil-tataristan-movzusunda-meruze
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
Стихи других поэтов
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,